00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
QHT yekun tədbirini keçirib
Tədbirdə dövlət rəsmiləri və QHT rəhbərləri, mədəniyyət işçiləri, elm adamları, media işçiləri, internet- TV kanalları, ictimayət nümayəndələri və gənclər iştirak edirdilər. Tədbiri giriş sözü ilə təşkilatın sədri Qəmzə Yusubova açaraq tədbir iştirakçılarını salamladı və layihənin mahiyyətini tədbir iştirakçılarına açıqladı. Sonra isə sözü layihə çərçivəsində hazırlanmış layihənin mahiyyətini özündə əks etdirən tarixi materiallardan və foto şəkillərdən ibarət broşurun təqdimatı üçün sözü layihə rəhbəri Fikrət Çələbiyevə verdi. Sonra söz rəsmi qonaqlara verildi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə olunması departamentinin əməkdaşı Natiq Lahıcov, Ombudsman Aparatının əməkdaşı Mikayıl Bayramov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin Qarabağ sektorunun Baş məsləhətçisi Murad Şahverdiyev, Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi Polkovnik Mehman Qədiməliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dossenti Mələk Zamanova çıxış edərək 30 ilə yaxın işğal müddətində və 44 günlük müüharibə dövründə mənfur ermənilərin Azərbaycanın mədəniyyətinə tarixinə xüsusilə də təbiətinə qarşı törətdikləri vadalizm və terror aktları barədə tədbir iştirakçılarına söhbət açdılar. Daha sonra isə söz ''Sahibkar Qadınlar'' İctimai Birliyinin sədri Zemfira Ağayevaya və '' Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək'' İctimai Birliyinin icraçı direktoru Fərid Zülfüqarova verildi.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdi. QHT rəhbərləri Aynur Zülfüqarova, Ramil Əliyev, Güllü Alıyeva, Gülşən Behbud, Xətai Ələsgərli, Xatirə Fərəcli, Umud Amin, Şahin Qədirov, Rada Abbas, Büllur Məmmədova, Fəridə Hicran, Jalə Cəfərova, Bahar Məmmədova,Rəftar Nuriyev və ictimayət nümayəndələri mövzu ilə bağlı fikir və təkliflərini səsləndirdilər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi