Tarix sübut edir ki, baxmayaraq ki, Azərbaycan hər zaman çoxmillətli bir diyar olmuş, bu ərazidə yaşayan müxtəlif konfessiyalar, etniklər, milli azlıqlar özlərini daima güvəndə hiss etmişlər. Qarşılıqlı tolerant münasibətlər sayəsində bu fərqli mədəniyyətlərin birlikdə yaşamış, ana dillərində rahatca təhsil almış, iman gətirdikləri dinlərə azad sitayiş edə bilmişlər. Tarixə istinad etsək Azərbaycanda multikulturalizmin mövcudluğuna və dayanıqlılığına dövlət dəstəyinin olduğunun şahidi oluruq.
Bu dövlət dəstəyi xüsusilə də Ümummili lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu illərdə Daha yüksək səviyyədə olaraq Azərbaycanda multikulturalizmin sütunlarının daha da möhkəmlətmişdir. Multikulturalizmə göstərilən siyasi və hüquqi dəstək, ardı-arası kəsilmədən aparılan islahatlar tolerantlıq mədəniyyətimizi qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etmiıdir. İstər beynəlxalq, istərsə də dövlət tədbirlərində Heydər Əliyev vurğulayırdı: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Heydər Əliyevin hakimiyyətdə olduğu müddət ərzində Azərbaycanda yaşayan milli azlıqların və etnik qrupların hüquqlarını tanımaqla bərabər həm də onları qorunmağa çalışırdə. Heydər Əliyev Azərbaycanda multikulturalizmin həm siyasi həm də hüquqi sütunlarını möhkəmləndirmək məqsədilə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və Azərbaycanın 50-dən çox beynəlxalq konvensiyaya qoşulmasına şərait yaratmışdır. Bunlara Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasını, İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasını, İrqi ayrı-seçkiliyin bütün normalarının ləğv edilməsi haqqında Konvensiyanı misal çəkə bilərik.
Fərqliliklərin qorunmaq, inkişaf etdirmək istiqamətində aparılan siyasət Azərbaycanda milli azlıqların və etnik qrupların dilində 15-dən çox qəzet və jurnalların, televiziya və radio proqramlarını, həmçinin rəsmi Dövlət Radio stansiyasında onların dillərində yayımlanan verilişlərin, eyni zamanda ölkənin 5 regionunda yerli tele-radio kanalı yaradılmasına səbəb olmuşdur. Danılmaz bir faktdır ki, Heydər Əliyevin xidmətləri sayəsində bu gün Azərbaycanda etniklərin mədəni dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsini təmin edən müxtəlif icmalar, cəmiyyətlər, milli mədəniyyət mərkəzləri xidmət göstərir. Heydər Əliyev hər zaman çox gözəl başa düşürdü ki, multikultural cəmiyyətin inkişafında mədəniyyət və təhsil ən aparıcı rola malikdir. Bunun üçün bütün islahatlarını cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin bir-birlərinə inteqrasiyasına çalışırdı. Məhz bu səbəblərdən onun rəhbərliyi dövründə 1995-ci il, noyabrın 12-də ümumxalq səsverməsində qəbul edilmiş və 1995-ci il, noyabrın 27-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitutsiyasında multikultural dəyərlər “Din və Dövlət”(Maddə 18), “Dövlət dili”(Maddə 21), “Bərabərlik hüququ”(Maddə 25), “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi”(Maddə 26), “Yaşamaq hüququ”(Maddə 27), “Azadlıq hüququ”(Maddə 28), “Təhlükəsiz yaşamaq hüququ”(Maddə 31), “Ana dilindən istifadə hüququ”(Maddə 45), “Fikir və söz azadlığı”(Maddə 47), “Vicdan azadlığı”(Maddə 48) bəndlərində öz əksini tapdı.
Hakimiyyətdə olduğu müddətdə hər zaman insanları sosial və siyasi mənsubiyyətinə görə fərqləndirməməyə, hər kəsin azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsinə, hər kəsin ana dilində danışmasına, təhsil almasına və yaradıcılığına heç bir məhdudiyyət qoyulmamasına və kiməsə ayrıseçkilik edilməməsinə, istər dini, istər irqi, istərsədə milli səbəblərə əsaslanan düşmənçilik təblğatı aparılmamasına səy göstərirdi.
Azərbaycançılıq ideologiyası onun üçün elə müqəddəs idi ki, bu konsepsiya Azərbaycandan kənarda yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşməsinə çalışırdı. Onun konsepsiyasının qayəsində dövlətin xaricdə yaşayan azərbaycanlılar qarşısında vəzifələrini, mənəvi öhdəliklərini, eləcə də bütün azərbaycanlıların Azərbaycan dövləti qarşısında müqəddəs borcunu müəyyənləşdirərək, bütün dünyaya səpələnmiş milyonları ölkənin inkişafı naminə vahid ideallar naminə səfərbər etmək dururdu. Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların taleyi haqqında daima düşünür, onları nəyin bahasına olursa olsun Azərbaycanla bağlamağa çalışırdı. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun qəbul edilməsi də bu sıradan atılmış addımlardan hesab olunur. Onun məhz bu addımı Heydər Əliyevi müstəqil dövlətimizin diaspor quruculuğu siyasətinin banisi etdi. Ümummilli liderimizin vahid azərbayçılıq ideologiyasını hədəfləyən addımı 2001-ci il, mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 724 saylı sərəncamı oldu. 2001-ci il noyabr ayının 9, 10 tarixlərində Bakıda onun rəhbərliyi altında möhtəşəm qurultay baş tutdu. Bu möhtəşəm qurultayda 35 xarici dövlətdə yaşayan soydaşlarımızı birləşdirən 200-dən çox müxtəlif təşkilatın 403 nümayəndəsi və əlavə 63 qonaq iştirak edirdi. Ürəyində daima “Azərbaycan” adlı alov yatan liderimiz bu tarixi tarixi hadisəni bizə yaşatmaqla bu məkanda yaşayan bütün insanların dinindən, dilindən və mənşəyindən asılı olmayaraq bu yurdda ilahi və bəşəri haqqlarının olduğunu sübuta yetirdi. Qurultayın açılış nitqində Heydər Əliyev:“Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.
Hakimiyyətdə olduğu müddətdə Heydər Əliyev azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə xidmət edən qərar və sərəncamlar verməklə ərazisində yaşayan xalqları vahid bir Azərbaycan altında bərqərar etmək missiyasın keçirirdi. Heydər Əliyevin “azərbaycançılıq ideologiyası”nı ən ali dəyər kimi qəbul edirdi və buna yalnız ölkəmizdə deyil onun hüdudlarından kənarda da bərqərar edərək multikulturalizmin əsaslarını möhkəmlətməyi zəruri hesab edirdi.
Bayramova Nübar İsmayıl, dissertantADPU-nun Quba filialı, Pedaqoji fakültə dekan müavini.
"Vətənim-Azərbaycandır.az"