Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Fatma Səttarova ilə görüş oldu

Fatma Səttarova ilə görüş oldu
8-05-2022, 17:10 323 dəfə baxılıb

Mayın 8-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun tapşırığı ilə İkinci Dünya müharibəsində qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub. 


"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, təşkilatın rəhbəri Fatma Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar Nazirliyi adından əklil və Təşkilatın üzvü olan veteranlara bayram sovqatı təqdim edib.

Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin və şərəfli tarixə malik olan Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış ön və arxa cəbhə veteranlarına, onların ailələrinə daim yüksək 
diqqət və qayğı göstərildiyini razılıq hissilə dilə gətirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI