Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Çiçəklənən səhiyyəmiz - Sevil Orucova yazır..  

Çiçəklənən səhiyyəmiz - Sevil Orucova yazır..  
7-05-2022, 19:43 681 dəfə baxılıb

Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.

ƏBU TURXAN
 
10 may - müasir Azərbaycan dövlətinin memarı və qurucusu, çoxəsrlik Azərbaycan tarixində xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu dahi şəxsiyyətə olan sonsuz sevgimizi Xalq şairi Zəlimxan Yaqubun şeiri ilə bildirmək istəyirəm:
 
Neçə sönməz ocağın, yanan şamın eşqinə,
Müqəddəs əqidənin, saf inamın eşqinə
 
Bu gün hamının olan tək İLHAMIN eşqinə
Salamlar olsun sənə! Salamlar olsun sənə!
 
Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
 
Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində məqsədyönlü, ardıcıl və uğurlu iislahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və səhiyyə xidmətinin dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün milli proqramlar işlənib hazırlandı.
 
Çox ürəkaçan bir haldır ki, Azərbaycan səhiyyəsinin hərtərəfli inkişafına Heydər Əliyev Fondu tərəfindən daima diqqət ayrılır və bu qayğının nəticəsində yeni, müasir standartlara uyğun bir şəkildə səhiyyə müəssisələri inşa olunur, onların maddi-texniki bazası müasirləşdirilir, bərpa işləri uğurla aparılır. Bunların hər biri gündən- günə inkişaf edən, xalqımızın sosial həyatının daha da yaxşılaşdırılmasını əsas məqsəd bilən müstəqil dövlətimizin uğurudur. İndi tam əminliklə demək olar ki, Ulu öndər Heydər Əliyevin və Onun layiqli davamçısı İlham Əliyevin göstərdikləri qayğı sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili, eləcə də, səhiyyənin digər bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz peşəkarlıq məktəblərini yarada biliblər.
 
Dövlətimiz tərəfindən səhiyyəyə diqqət və qayğının artırılmasında əsas məqsəd Azərbaycanın səhiyyə sistemini müasir dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun dövlətimiz tərəfindən daim diqqətdə olduğunu göstərir. "İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var" deyən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır. "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı", "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" və s. insan həyatı və sağlamlığına zərbə vura biləcək halların qarşısının alınmasına yönəlib.
 Tibb müəssisələrinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz edilməsi, əqli-fiziki cəhətdən qüsurlu olan şəxslərə maddi-mənəvi dəstək Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın humanizminin əsasında həllini tapıb. Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi layihələr bəhrəsini vermiş və fondun təşkilatçılığı ilə bir-birinin ardınca keçirilən tədbirlər, görüşlər, simpozium və konfransların hər biri əhalinin sağlam həyatının təminatı məqsədilə reallaşır. Dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edən fondun iştirakı ilə ölkəmizə gətirilən tibbi avandanlıqlar müasir üsulla müalicə metoların tətbiqinə yol açıb. Fondun həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" kimi proqramları çərçivəsində görülən işlər əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrindəndir. Görülən işlər, Azərbaycanın inamlı gələcəyinə doğru bir addımdır. Səhiyyənin dinamik inkişafı Azərbaycanın sosial siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizdə səhiyyə strategiyası uğurla davam etdirilir, əhalinin sağlamlığı və sosial rifahı yüksəlir, tibb sahəsində yeni-yeni nanotexnolgiyalı, yüksək innovasiyalı müalicə-diaqnostika müəssisələrinin sayı və yüksək ixtisaslı tibbi personalın xüsusi çəkisi durmadan artır. Dahi Heydər Əliyevin qurduğu bünövrəyə, onun yolunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin qayğı və köməyinə söykənərək Azərbaycan səhiyyə sistemi dünya səhiyyə sisteminə daha sıx inteqrasiya olunmaq istiqamətində uğurla addımlayır və inkişaf edir. Bu gün müasir Azərbaycan səhiyyəsinin dinamik inkişafının memarı olan ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə, yaradıcı şəkildə davam etdirilməsi bir çox xəstəxanalarda , o cümlədən bizim çalışdığımız Nərimanov Tibb Mərkəzinin də uğurları günbəgün artmaqdadır. Nərimanov Tibb Mərkəzinin təhkim olunduğu Şuşa Modul tipli Xəstəxanada həkimlərimizin göstərdiyi xidmətdən fəxrlə danışa bilərik. Şuşa Modul tipli Xəstəxanada həkimlərimiz canla- başla dədə-baba torpaqlarından uzaq düşmüş vətəndaşlarımıza, öz doğma yurdlarına qayıtması prosesində yaxından iştirak edən şəxslərə yüksək keyfiyyətlə tibbi xidmət göstərirlər. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Nərimanov Tibb Mərkəzinin əməkdaşları, başda hörmətli direktorumuz, t.ü.f.d. Fazil Alməmmədov olmaqla xalqımıza göstərilən səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi yolunda daima əzmlə çalışır, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar. Tam əminliklə demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurlu tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük nailiyyətlər gözləyir. Minnətdarlıqla deyə bilərik ki, qazandığımız bütün uğurlarda Azərbaycan xalqının ümummilli lideri, Heydər Əlirza oğlu Əliyevin bir xeyir - duası vardır. Qədirbilən Azərbaycan xalqı onun əziz xatirəsini qəlbində əbədi yaşadacaqdır. Bu qürurlu duyğuları zamanında Zəlimxan Yaqub belə qələmə almışdır: Hər il sənin ad günündə, may günündə Sənin bizə ulu nemət, İlahinin pay günündə,Azərbaycan başdan-başa, açılanda çiçək-çiçək,Dünya dadlı, dünya gözəl, Dünya şirin görünəcək,SƏNİN YERİN GÖRÜNƏCƏK!!! SƏNİN YERİN GÖRÜNƏCƏK!!! 

 Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinin həkim-pediatrı Sevil Orucova
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI