13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyi keçirildi
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təkrarolunmaz anlar yaşandı.
Doğma filialımızın 30 illik yubiley tədbiri baş tutdu. Tədbirdə ilk olaraq Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olundu və abidə önünə çiçəklər qoyuldu. Sonra isə tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının akt zalında davam etdi. Yubiley tədbirində Azərbaycan Respublikası Təhsil nazirinin müavini cənab Firudin Qurbanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev,
millət vəkili cənab Vahid Əhmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin , prorektor və dekanlarının, rayon ictimaiyyətinin nümayəndələrinin və ADPU-nun Quba filialının
professor müəllim heyəti,
kollektivi, tələbələr iştirakı etmişdir.
30 illik yubileyimiz münasibətlə başda hörmətli direktorumuz Yusif Alıyev başda olmaqla bütün ADPU Quba ailəsini ürəkdən təbrik edirəm!
Tam səmimiyyətimlə deyə bilərəm ki, son illərdə filialda baş verən yeniliklər birbaşa Yusif müəllimin ideyaları, səyi, əziyyəti, qətiyyəti və məgsədi nəticəsində real olmuşdur. Az müddətdə böyük uğurlar qazanan ADPU Quba filialı bu gun reytinglərdə birinci sıralara yüksəlmişdir.
Filialın uğurları bir birini əvəz edir, hamı eyni amala xidmət edir. Təhsilimizin gələcəyi, rifahı naminə Ölkə Prezidentimiz Cənab İlham Əliyevin qarşımıza qoyduğu prioritetlər hədəflərimizə çevrilmişdir. Bu gün hamı öz çevrəsində nəsə etmək, öz potensialını ortaya qoymaq ixtidarındadır. Bəli bu pedaqoji birlik məhz uğurlu bir nəticələrdə özünü əks etdirir. Arzu edirəm bundan sonrakı fəaliyyət istiqamətimiz Quba Dövlət Universitetinə yol alsın! Uğur daima yolumuza yoldaş olsun!
30 yaşın mübarək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
Nəhayət Şirinova.
İctimaiyyətçi, yazar.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır.az.xəbər portalının şimal zona rəhbəri.