Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

AZƏRBAYCANDA İDMAN SAHƏSİNDƏ MÜTƏRƏQQİ UĞURLAR DAVAM EDİR

AZƏRBAYCANDA İDMAN SAHƏSİNDƏ MÜTƏRƏQQİ UĞURLAR DAVAM EDİR
11-04-2022, 15:50 606 dəfə baxılıb

????????????????????????????????
Çiçəklənın və günü-gündən inkişaf edən Azərbaycanımlzda bütün sferalarda olduğu kimi idman sahəsində də mütərəqqi uğurlar yüksəliş və yeniliklər vardır. Bu gün Azərbaycan idmanınln elə bir sahəsi yoxdur ki, orda istər yerli, istərsə də beynəlxalq arenada qalibiyyət əldə olunmasın, vətənimizin himni səsləndirilməsin. Ən incə məqam isə orasındadır ki, Azərbaycan idmançısı meydançalarda, arenalarda, ringlərdə məhz düşmən rəqiblərini məğlub edərək idmanımızla olan qalibiyyətimizi sübut edir.
 Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarımdan bir qismi də güləşçilərumizdir.  Hər kəsə bəlli olduğu kimi Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanmışdır. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci olmağı bacardılar və bunu öz performansları ilə hər kəsə sübut etdilər. Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Fəxarət hissidir idmanımızln hər bir qalibiyyəti. Və fəxrlə qey edirəm ki, idmanlmızda qazanılan ardıcıl qələbələr və uğurlar birbaşa ölkə başçımız Cənab İlham Əliyevin vı Birinci Xanım Mehriban Əliyeva nın idman sahəsinə olan diqqəti və qatğısı nəticəsindıdir. Bəli bu gün Azərbaycan idmanı dövlətimizin birbaşa diqqəti və nəzarətindədir.
İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər;- Haqlı qələbələri əldə etmiş Azərbaycan idmançıları. Rəqib cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər.
Böyük ümidlərlə qeyd edək ki, Azərbaycan idmançıları bu möhtəşəm yarışlardan da yüksək nəticələr və qalibiyyətlə vətən torpağına ayaq basacaqdırlar.
Bizlərə isə daima idmancılarımıza müsbət və mənəvi dəstək olmaq, alqışlamaq düşür.
Hər zaman öndə olun Azərbaycan idmançıları!

Nəhayət Şirinova
İctimaiyyətçi, Yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı."Vətənim-Azərbaycandır.az"  xəbər portalının  şimal zona rəhbəri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI