19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Martın 29-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə partiyanın Sumqayıt şəhər təşkilatında “Gender siyasətinin təşviqi-milli prioritetlər” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov mövzunun cəmiyyətimiz üçün aktual olduğunu bildirib.
Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva deyib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilməkdədir.
Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib: “Ümummilli lider Heydər Əliyevin “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. 2006-ci ildə Prezident İlham Əliyev “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” qanunu imzalayıb. Qanuna əsasən Azərbaycan qadınları çox geniş hüquqi təminatlar əldə etdilər. Bu, kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Xüsusilə qeyd etmək lazımdır ki, bu qanunun qəbul olunmasında respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu vardır”.
H.Hüseynova diqqətə çatdırıb ki, gender bərabərliyi “Dayanıqlı İnkişaf - 2030” Gündəliyində müəyyən edilmiş inkişaf məqsədlərinin tərkib elementidir: “Hazırda qadınların bütövlükdə dayanıqlı inkişafa verəcəkləri töhfə inklüzivlik üçün təşəbbüslərin artırılması və digər məsələlərdir. Davamlı gələcək insan kapitalının inkişafından və onların cinsi, dini, siyasi mənsubiyyətindən, gəlir səviyyəsindən və bərabər imkanlara məhdudiyyətlərdən asılı olmayaraq hər kəs üçün əlçatan olmasından asılıdır”.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri Rufiz Qonaqov ölkəmizdə qadınların cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətində qadınlar da aktiv rol oynayırlar. R.Qonaqov qadınların Yeni Azərbaycan Partiyasında da təmsilçiliyinin yüksək olduğunu vurğulayıb. Bütövlükdə isə dövlət qurumlarında, parlamentdə və bələdiyyələrdə də gender bərabərliyi qənaətbəxş səviyyədədir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə isə bildirib ki, gender bərabərliyi qadın və kişilərin cəmiyyətdəki sosial rolunun ifadəsidir. Qadınlar kişilərlə bərabər ölkənin ictimai həyatında, iqtisadiyyat, mədəniyyət, elm, incəsənət və digər sahələrdə də uğurla çalışırlar. Onun sözlərinə görə, gender bərabərliyinin təşviqi daimi məsələdir və onun davamlı aparılması vacibdir.
Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir. Azərbaycanda gender məsələlərinin xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu xatırladan S.Qəhrəmanova vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Onun sözlərinə görə, Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
S.Qəhrəmanova çıxışında bu sahədə mövcud olan problemlərdən də danışıb və qeyd edib ki, YAP-ın yerli təşkilatları gender bərabərliyinin təşviqi, eləcə də bu istiqamətdə maarifləndirmə işinin aparılmasında daha fəal iştirak etməlidir.
Sonra tədbir diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.