Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İcbari Sığorta Bürosu irəliyə getmək əvəzinə geri gedib”

İcbari Sığorta Bürosu irəliyə getmək əvəzinə geri gedib”
31-01-2022, 14:34 126 dəfə baxılıb

İcbari Sığorta Bürosu (İSB) elektron formada xidmət göstərə bilməmək və rəqəmsallaşma prosesini yekunlaşdırmamaqla bağlı tənqid olunur.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bununla bağlı fikirlərini bölüşüb.
O bildirib ki, İSB həm şəxsi kabinet formalaşdırıb, həm də şəxsi məlumatları yenidən tələb edir: “Heç bir icbari sığorta növünü elektron formada əldə etmək mümkün deyil. Sığorta şirkətlərində, konkret “Atəşgah”da “Avtomobilin icbari sığortası” xidmətini yeniləmək imkanı yaradılmayıb. Onlayn formada xidməti yenidən əldə etmək imkanı yaradılsa da, sistem işləmir.
Sığorta şirkətinə müraciət etdikdə isə məlum olur ki, İcbari Sığorta Bürosu ötən il qanunvericiliyə edilən dəyişikliyi icra etmək üçün əndrabadi bir mexanizm hazırlayıb. Daş dövrünün münasibətlərinə oxşayır. İSB sığorta şirkətlərindən xidməti almaq istəyənlərin sənədlərini - şəxsiyyət, sürücülük vəsiqələrini, hətta etibarnaməni tələb edir, xeyli sayda fərdi məlumatları toplayır. Məlumatlar imeyl və vatsap vasitəsilə toplanır. Bu məlumatlar İSB-də təsdiqlənmədən heç bir sığorta şirkəti xidmət göstərə bilmir”.
O.Gündüz qeyd edib ki, İSB hələ iki il öncə, pandemiya dövründə vətəndaşlara şəxsi kabinet formalaşdırmaq imkanı yaradıb: “Hətta, ASAN imza ilə giriş imkanı da yaradılıb. Amma bu xidmətin hazırda hər hansı əhəmiyyəti görsənmir, buradan sığorta şirkətlərinə çıxış imkanları, başa çatan sığortanın yenilənməsi, onlayn xidmətlər və s. heç bir imkan yoxdur, 5 icbari sığorta növünün heç biri elektronlaşmayıb. Yəni, şəxsi kabinet sadəcə görüntü xatirinə, sadəcə məlumatlara baxmaq üçün formalaşdırıb”.
Osman Gündüz bildirib ki, şəxsi kabinetdə, elektron formada informasiyalar olduğu halda, ASAN imza ilə sistemə daxil olandan sonra İSB yenidən bu məlumatları imeyl və vatsap üzərindən tələb edir: “Absurd bir vəziyyətdir. Belə görünür ki, İSB irəliyə getmək, əlavə xidmətlər və imkanlar yaratmaq, digər sistemlərə inteqrasiya etmək əvəzinə geri gedib. Nə üçün elektron formada mövcud olan informasiyaları yenidən vətəndaşdan “scan” formada tələb edilməsi haqqında sualımıza isə İSB-də ağlabatan bir cavab verən tapılmadı. Görsənirdi ki, elə sığorta şirkətləri də mövcud situasiyadan narazıdırlar”.
“Ümid edirəm VXSİ (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – red.) Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və digər aidiyyəti qurumlar sığorta sektorunda rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün, sığorta xidmətlərinə əlçatanlığı artırmaq üçün əməli addımlar atacaqlar” – deyə Osman Gündüz bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI