11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
20 yanvar...Qanı qurumayan tarix.
32 ildir ki, ürək ağrısı və böyük bir sarsıntı ilə bu tarixi anırıq.
20 Yanvar faciəsinin qanlı mənzərəsi demək olar ki, zaman keçdikcə daha çox nəsillərə izah olunan və anlatılan bir qan yaddaşımızdır.
1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tutulmuşdu.Bəli heç bir günahı olmayan Azərbaycan vətəndaşları, əliyalın xalq kütlələri beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayətlə üz üzə gəldi və bu faciənin əsl gurbanlarına çevrildilər.
Bizim yaddaşımızda bu hadisə daha aydın şəkildə galmışdır.Çünki özümüz də canlı olaraq bu dəhşəti yaşayanlardan olmuşuq.
Odur ki, bu qan dolu yaddaşı zaman-zaman gənc nəsillərə daha aydın şəkildə başa salmaq yolunda öz təbliğatımızı davam etdiririk. Bu bizim vicdan borcumuz, məsuliyyət yükümüzdür.
Hər dəfə "Şəhidlər Xiyabanında" olarkən boğazımızı boğan o qəhər dolu hisslər bizi o hadisəyə yenidən qaytarır.
Azərbaycan xalqı və azərbaycanlı qanını qamarlarında daşıyan hər kəs əsrin ən dəhşətli faciəsi olan 20 yanvar hadisələrini unutmayacaq və bu qətıiyamın səbəbkarlarını daima pisləyəcəkdir.
Allah müstəqillik yolunda gan tökən bütün şəhidlərimizə rəhmət etsin.Ehtiramla anır, müqəddəs ruhları qarşısında baş əyirik.
Kamran Orucov
"Vətənim-Azərbaycandır.az" xəbər portalının təsisçisi və baş redaktoru