Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kasıbları təhqir edən sürücü üzr istədi - Video

Kasıbları təhqir edən sürücü üzr istədi - Video
11-01-2022, 21:03 106 dəfə baxılıb

Sosial şəbəkələrdə Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü saxlanılıb.

Bu barədə “Vətənim-Azərbaycandır.az” a Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Bildirilib ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb:
“Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.
S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI