Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yasamalda ağacları kəsən şəxs axtarılır - Fotolar

Yasamalda ağacları kəsən şəxs axtarılır - Fotolar
11-01-2022, 19:48 130 dəfə baxılıb

Yasamal rayonu A.M.Şərifzadə küçəsi 192 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən bina sakinlərinin iştirakı ilə yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə gecə saatlarında iki ağacın kəsildiyi, bir ağacın isə düzgün budanmayaraq zədələndiyi müəyyən edilib.
“Hazırda ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”, - o qeyd edib.
Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən media və ictimaiyyət nümayəndələrinə göstərdikləri vətəndaşlıq mövqeyinə və sayıqlıqlarına görə təşəkkürünü bildirib.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI