Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Milli Qəhrəmanın qızı Vətən Müharibəsinin qazisinə ərə gedir - FOTO

Milli Qəhrəmanın qızı Vətən Müharibəsinin qazisinə ərə gedir - FOTO
29-12-2021, 18:03 213 dəfə baxılıb

Birinci Qarabağ Müharibəsinin şəhidi - Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova ailə həyatı qurmağa hazırlaşır.
 
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Regina İkinci Qarabağ Müharibəsinin qazisi Denis Quzlayevə ərə gedir.
 
Xəbər Regina Kovalyovanın sosial şəbəkədəki hesabında ictimailəşdirilib. Regina və Denisin dostları gənclərə xoşbəxtlik arzulayıblar.
 
Qeyd edək ki, Regina Kovaleva Azərbaycanın Rus İcmasının fəal üzvü olaraq qurumun Nizami rayon təşkilatının gənclər qrupuna rəhbərlik edir.
 
Denis Quzlayev Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.
 
Xocavənd istiqamətində gedən döyüşlər zamanı Denis ağır yaralanıb. O, bir neçə mürəkkəb əməliyyat keçirib, həkimlər Denizin dişləri və burnunu bərpa ediblər.
 
Denis Quzlayev “Füzulinin azad edilməsinə görə” medalı ilə təltif edilib.
 
Reginaın atası Yuri Kovalyov 1990-cı ilin sentyabrında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinə daxil olub, Goranboy, Xocavənd, Ağdam və digər bölgələrdə sücaətlə vuruşub, düşmənlər onun başına 100 min rubl pul qoyublar.
 
1991-ci il oktyabrın 3-də Xocavənd rayonu ərazisində pusquya düşüb, axıracan vuruşub və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI