Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ata Abdullayevə 7 il həbs verildi

Ata Abdullayevə 7 il həbs verildi
28-12-2021, 15:45 174 dəfə baxılıb

İnsanları şantaj edərək pul almaqda təqsirləndirilən bloqer Ata Abdullayevin cinayət işi üzrə Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə A.Abdullayev məhkəmədə ağlayaraq son söz deyib: “Başqa müstəvidə günahımın nədən ibarət olduğunu bilirəm, buna görə dəfələrlə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam”.

Məhkəmənin hökmü ilə Ata Abdullayev 7 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, özünü bloqer kimi təqdim edən A.Abdullayev bu ilin martında DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş olub. Onlardan biri keçmiş MTN işçisi, biri Abşeron İcra Hakimiyyətinin əməkdaşı, digər ikisi isə sahibkar olub.
Ata Abdullayev daha əvvəl də iki dəfə cinayət törədib. 2004-cü ildə hərbi xidmətdən yayındığına görə, 2014-cü ildə isə kibercinayətkarlıq ittihamı ilə ona cəza verilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI