Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İran sərhədlərini 15 günlük bağlayır

İran sərhədlərini 15 günlük bağlayır
25-12-2021, 22:43 183 dəfə baxılıb

İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərarına əsasən, bu gündən (25 dekabr) İran qonşu ölkələrlə sərhəddə 15 gün müddətinə sərnişinlərin keçidini bağlayıb.

"Vətənim-Azərbaycandır.az"ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.
R.Lətifinin sözlərinə görə, qonşu ölkələrlə sərhədlərin vətəndaşlar üçün bağlanmasının səbəbi koronavirusun “omikron” ştammının yayılmasının qarşısını almaqdır.
Lətifi əlavə edib ki, hazırda İran Türkiyə, İraq, Azərbaycan, Pakistan, Əfqanıstan və digər ölkələrlə sərhəd-gömrük məntəqələrini bağlayıb. Sadəcə, diplomatlar və ailələri, daimi yaşamaq, təhsil, müalicə və ticarət icazəsi olan şəxslər sərhədlərdən keçə bilərlər.
“Qonşu ölkələrlə ticarət üzrə bütün sərhəd-keçid məntəqələri fəaliyyət göstərir və heç bir məhdudiyyət tətbiq olunmayıb”, - deyə o bildirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI