17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
BÖYÜK ZƏFƏRİN KİÇİK QƏHRƏMANLARI
30 il düşmən tapdağı altında qalmış torpaqlarımızı azad edən qazilərimizə və şəhidlərimizə hər birimizin vəfa borcumuz var.
Vətən torpağı uğrunda canlarını , arzularını, xəyallarını qurban verən igidlərimiz bizə Qarabağlı – bütöv Azərbaycanı miras qoydular. Onlar bizə həm də bir ömür boyu ata həsrəti ilə yaşayacaq övladlarını əmanət etdilər. Bu əmanətlər hər birimizindir. Biz atalarına borclu olduğumuz kimi onlara da borcluyuq.Çünki hər birimizin sevincini yaşadığımız Böyük Zəfərin Kiçik Qəhrəmanları olan bu uşaqlar müharibənin ən böyük ağrı-acısını, dərdini- kədərini əzizləri ilə birgə yaşayanlardır.
Onların kişicik də olsa sevincinə səbəb olmaq müqəddəs göylərdə olan 2900 ruhu şad etməkdir. Onların təbəssümünü qazanmaq ən böyük əməldir.
Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin müəllim və tələbə heyətinin təşəbbüsü ilə” CRATOS” restoranı Şəhid ailələrin övladları üçün təmənnasız Yeni il şənliyi təşkil etdi. Fakültənin tyutoru İlahə Mirzəyevanın təşkilatçılığı ilə cox maraqlı bayram tədbiri hazırlandı.
Uşaqları əyləndirmək məqsədi ilə müxtəlif şöular təşkil edildi.Nağıl qəhrəmanlarının qayğısı ilə əhatə olundular.Şənlikdə tanınmış səhnə ustaları iştirak etdilər. Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Səlim Abbasov, tanınmış reper Ramil Nabran, aktyor Məcid Hüseynov , rəqqaslar İlham Kərimli və Röya Əliyeva, müğənni Dana Dürdanə, Elmar İbrahimov (fokusnik) və d. sevgi dolu bir gün yaşatdılar kiçik qəhrəmanlarımıza. Universitetin müəllimləri və fəal tələbələri , layihənin rəhbəri İlahə Mirzəyeva , onlara öz yardımını əsirgəməyən İTV-nin əməkdaşı, prodüser Minarə Əsgərova uşaqlar üçün həmin günü sevinc dolu bir günə çevirmək üçün əllərindən gələni etdilər.
Həmin günün uğurlu alınmasında hər kəs əlindən gələni əsirgəmədi. Sevgiylə , qayğıyla tədbirin hər anını gözəlləşdirdilər.
Biz bir olanda güclüyük.Həmin gün tədbirdə iştirak edən hər kəsdə bir əminlik yaratdı ki, heç bir zaman cəmiyyətimiz bu körpələri , onların ailələrini tək qoymayacaq.Biz hər zaman onların yanındayıq.Çünki bizim bu Vətənə , millətə olan borclarımızdan biri , ən önəmlisi Vətənin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan mərd oğullarımızın ruhlarına olan borcumuzdur.
*CRATOS* ailəvi restoranının rəhbəri və əməkdaşlarına, “Böyük Zəfərin Kiçik Qəhrəmanları" adlı tədbirin məkan və ziyafət xərclərini öz üzərlərinə götürdükləri üçün sonsuz təşəkkür edirik. Bu tədbirin yüksək səviyyədə keçirilməsi, körpələrin rahat və doyunca əylənə bilməsi üçün əllərindən gələni əsirgəmədilər. Rəhbərlik tərəfindən eşidilən du sözlər : -"O, UŞAQLARIN HESABI - ATALARI TƏRƏFİNDƏN ÇOXDAN ÖDƏNİLİB" - yalnız qəlbi Vətənlə döyünən insanlara aid ola bilər.
Biz bu ruhları narahat qoya bilmərik.
Çinarə Cənnətova
"Vətənim-Azərbaycandır.az"