Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın gücü və qüdrəti bütün dünyanın siyasi baxışlarında yer alıb.

Azərbaycanın gücü və qüdrəti bütün dünyanın  siyasi baxışlarında yer alıb.
19-12-2021, 19:09 226 dəfə baxılıb

????????????????????????????????

Son günlərin ən gündəmdə olan xəbəri, ən çox izlənilən hadisəsi 
NATO ilə etibarlı tərəfdaşlıq əlaqələridir. Düşündüm ki, bir vətəndaş olaraq bizlər də vətəndaş olaraq məsələyə öz baxış bucağımızla qiymət verməliyik. Gəlin biraz,daha əvvələ gedək.
Azərbaycanın NATO ilə əməkdaşlığı 1994-cü ildə mərhum eks-prezident Heydər Əliyev tərəfindən Brüsseldə “Sülh naminə Tərəfdaşlıq” çərçivə sənədinin imzalanması ilə başlayıb və çox dinamik şəkildə davam edib.
Prezident İlham Əliyev isə  NATO-nun mənzil qərargahına 6 dəfə, NATO-nun baş katibləri isə Azərbaycana 3 dəfə səfər edib. Bütün bunlar bizə əsas verir ki, olanları daha bariz şəkildə təhlil edə bilək.
Prezident İlham Əliyev NATO-nun 7 Zirvə görüşündə də iştirak edib.
 Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunub. Və bütün bunlarla Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən hər zaman  yüksək qiyməyləndirilir. Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başlayıb və cari ilin avqustun sonunda onu bitirmışdı. Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb və Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında olub. Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız cari ildə yeddi birgə hərbi təlim keçirilib. Sözügedən təcrübə regionda sülh və sabitlik işinə xidmət edir. Bütün bu faktları sadalamağımız bir daha bu müsbət dinamik siyasətin ölkə gəncliyinin nəzərinə çatdırmaq istəyimizdir. 
 Məlum olduğu kimi Azərbaycanın 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazanması regionun siyasi xəritəsini yenidən şəkilləndirməyi aktuallaşdırıb.
Azərbaycan hər zaman sülh tərəfdarı olan bir ölkə olmuşdur və ölkəmizin səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır. Fikrimizcə ATƏT-in Minsk qrupu yeni geosiyasi reallığa uyğun təklifləri hazırlamalıdır və yeni təkliflərlə çıxış etməlidir. Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu öz töhfəsini verə bilər. Azad edilmiş ərazilərdə partlamamış minaların mövcudluğu ən problemli məsələlərdəndir. Azərbaycanın mülki vətəndaşları minalardan əziyyət çəkir və bu günə qədər 200-ə yaxın insan mina partlaması nəticəsində həlak olub və ya yaralanıb. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsi vacibdir. Mütəmadi olaraq biz günahsız mülki vətəndaşlarımızın və hərbçilərimizin bu bəlanın ucbatından facili hadisələri ilə rastlaşırıq, və böyük ürək ağrısı ilə yanaşırıq bu məsələyə.
Ölkə başçımızın növbəti ideloji xətti olan Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir. Zəngəzur dəhlizi ilə bağlı olduğca məqsədəuyğun addımlar atılmaqdadır. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Bütün çətinliklərə rəğmən Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə edilmişdir. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur.Bizlər də qalib ölkənin azad vətəndaşları olaraq inanırıq ki, bütün bu layihələr öz yerini tututacaq, ilərlə arzusunda olduğumuz bütün istəklərimiz hasil olacaqdır.
Azərbaycanın olduğca müdrik və böyük nifuza sahib olan bir prezidenti vardır. Bütün dünya arenası və hər kəs buna  yaxın keçmişə qovuşan 44 günlük Vətən savaşında şahid oldu. Bəli, biz hər zaman öz Prezidentimizə, güclü liderimizə inanırıq, güvənirik və onun güclü və mədsədyönlü siyasətini dəstəkləyirik.
Yaşasın inamımız!

Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
AJB-nin üzvü.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının,  
 şimal reqionu üzrə nümayəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI