Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sosial yardımın verilməsi şərtləri yumşaldılacaq? - Nazirdən açıqlama

Sosial yardımın verilməsi şərtləri yumşaldılacaq? - Nazirdən açıqlama
19-12-2021, 00:20 151 dəfə baxılıb

“Ünvanlı sosial yardımla bağlı edilən 100 min müraciətdən 50 mininə müsbət cavab verilib. Azərbaycanda qurulan sistemin avtomatikliyi prosesdə insan faktorunun olmaması səbəbindən kifayət qədər yaxşı sistemdir".

Vətənim-Azərbaycandır.az” Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib.
Nazir bildirib ki, hətta beynəlxalq təşkilatlar 54 ölkəyə Azərbaycanın sistemini təklif edib:
"Amma ölkədə gəlirlərin leqal olmaması səbəbindən sosial yardım təyinatında problemlərlə üzləşirik. Çalışırıq ki, vətəndaşın gəlirlərinə aid məlumatları başqa yollarla araşdıraq. İmtinaların 90 faizi təqdim edilən sənədlərin düzgün olmaması ilə bağlıdır. Bunların sırasında ən böyükləri vətəndaşın adına olan mobil nömrələrlə, kommunal xərclərlə bağlıdır. Təqdim edilən nömrə vətəndaşa məxsus olmalıdır. Biz araşdırarkən telefon xərclərini də nəzərdən keçiririk. Bəzən vətəndaşın adına bir neçə nömrə aşkarlanır ki, bu da xərclərin artıq olması deməkdir. Bu səbəbdən vətəndaşa imtina verilir".
S.Babayev qeyd edib ki, vətəndaşın rəsmi iş yerinin olmaması da imtina səbəblərindən biridir: "Gələcəkdə sosial yardımın verilməsi ilə bağlı şərtlərin yumşaldılması nəzərdə tutulub. Çünki kommunal tariflər artıb, buna görə müəyyən dəyişikliklər etməyi düşünürük. Ümumi mexanizmin dəyişilməsi isə hələlik mümkün deyil. Çünki bu monipulyasiyalara, problemlərə gətirib çıxarır. Ölkədə bütün gəlirlər leqallaşandan sonra sosial yardım mexanimzi də dəyişilə bilər”.
Nazir vətəndaşların sosial yardım almaq üçün əl atdıqları qanunsuzluqlardan da danışıb:
“Araşdırmalarımızda məlum olub ki, bir şirkətin üç min işçisi var, onun 2 700-ü sosial yardım alır. Vətəndaş şirkətdə işlədiyi ilə bağlı sənəd təqdim edir, yardım alandan sonra həmin işdən çıxarırlar, maaş da vermirlər. Burada maklerlər var ki, bu işlə məşğul olurlar. Biz həmin şəxslərin qarşısını almağa çalışırıq”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI