Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Üçüncü Ordu Korpusunun komandanı ehtiyata buraxıldı

Üçüncü Ordu Korpusunun komandanı ehtiyata buraxıldı
17-12-2021, 14:02 159 dəfə baxılıb

Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Report”a hərbi mənbələrdən məlumat verilib.
General-mayor öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.
Qeyd edək ki, M.Rzayev Vətən müharibəsinin komandanlarından biri olub, Cəbrayıl, Xocavənd, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edib.
M.Rzayev 44 günlük Vətən müharibəsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
O, 2021-ci il martında Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı təyin olunmuşdu.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI