Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tbilisidə xüsusi əməliyyat, “obşak”a pul yığanlar saxlanıldı

Tbilisidə xüsusi əməliyyat, “obşak”a pul yığanlar saxlanıldı
17-12-2021, 11:04 155 dəfə baxılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə genişmiqyaslı xüsusi əməliyyat keçirib və bu zaman 9 nəfər saxlanılıb. 

Vətənim-Azərbaycandır.az” Gürcüstanın mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər Türkiyədə yaşayan “qanuni oğru”, “Çinka” ləqəbli Tengiz Xoperiyanın sifarişini yerinə yetiriblər.
Onlar kriminal avtoritetin nüfuzundan istifadə edərək, Tbilisi aeroportunun ərazisində işləyən taksi sürücülərindən əldə olunan gəlirin yarısını alıblar. Bu pul “obşak” üçün toplanılıb.  
Qeyd edək ki, azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskiyə yaxınlığı ilə bilinən Xoperiya, 1990-cı ildən bəri Gürcüstan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə beş dəfə həbs olunub. 2013-cü ildə azadlığa buraxılaraq Rusiyaya gedib. Hazırda 51 yaşlı Xoperiya azadlıqdadır və Türkiyədə yaşayır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI