Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Müəllim oğlumu göstərərək “sinfimizə yeni qız gəlib” deyib”

“Müəllim oğlumu göstərərək “sinfimizə yeni qız gəlib” deyib”
15-12-2021, 18:35 148 dəfə baxılıb

“Uşaq dünən məktəbə gedib. Sinif rəhbəri oğlumu sinfə aparıb və uşaqlara belə təqdim edib: “Tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib...” Oğlum deyib ki, “Mən qız deyiləm, oğlanam”. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiz? Müəllimə də gülüb”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu sözləri jurnalist Röya Rəfili öz feysbuk səhifəsində paylaşıb. Uzun müddət Almaniyada yaşayan azərbaycanlı jurnalist bu ilin sentyabrında orada yaşamasına icazə olmadığına görə deportasiya olunub. Ölkəyə gələndən sonra övladlarını məktəbə qoymaq istəyən jurnalist bir sıra problemlərlə qarşılaşdığını bildirib. 
Oğlunu Bakıdakı 116 saylı məktəbin 5-ci sinfinə göndərən jurnalist övladının bu hadisədən sarsıntı keçirdiyini deyir. Sinif rəhbəri Yeganə Qasımova uşağı sinifdə təqdim etdikdən on beş dəqiqə sonra isə ona yaxınlaşaraq deyib ki, saçını kəsdirməlidir: “Tez kəs, qurtul ondan. O nə saçdır, saxlayırsan?!”
Röya Rəfilinin sözlərinə görə, müəllim uşağın cinsini səhv sala bilməzdi, çünki övladının əynində məhz oğlan geyimi olub: “Mən müəllimə 11 yaşlı oğlumun birinci gün böyük qardaşı ilə məktəbə gələcəyini demişəm. Müəllimə çaşa bilməz burada, oğlumun geyimi oğlan üçün olanlardır, yubka yox, şalvar (idman forması tipli) geyinib, kurtkası qız üçün deyil, adı Amindir”. 
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçına görə irad bildirilməsi ilə bağlı müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI