19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
Qara Saçlı qadın.
O,aptekin qarşısında dayanıb titrək əlindəki on qəpiklikləri saydı.Lakin,bu pula heç nə olmayacağını o da bilirdi..Bu zaman sol gözündən,noyabrın acı küləyinin qovurduğu yanağına bir damla yaş süzüldü..Çarəsizlidən nə edəcəyini bilmirdi..Bakının sərt payız küləyi əynindəki nazik jaketindən keçib içini titrədirdi..Ya bəlkə də,canındakı bu titrəmə soyuqdan yox,çarəsizlikdən idi.Özü də dəqiq bilmirdi..Küləyin üzünə səpələdiyi saçını arxaya edərkən ağlına gələn ani fikirdən bir anlıq özü də səksəndi..Gözlərini yumub bir neçə saniyə beyninə ildırım kimi düşən bu fikri götür-qoy etdikdən sonra qərarını verdi.İti bə sürətli addımlarla metroya tərəf getməyə başladı.Metroda kartına pul yükləyən başının ortası bir az seyrəlmiş dayıya yaxınlaşıb_"Olarmı,mən də sizin kartınıza atım pul "-dedi.Kişi onun üst-başına,titrək ovcundakı iki on qəpikliyə baxıb"Gəl,heç nə lazım deyil.Məndə kifayət qədər gediş haqqı var dedi."O,müti addımlarla kişinin arxasınca metroya yönəldi.Kişiyə "Çox sagolun dayı"deyib metronun Qara Qarayev stansiyasına gedən qatarına yönəldi.Dəqiqələr il kimi gəldi ona.Beyni sanki düşüncələrdən donmuşdu.Deyirlər ki,Acının elə bir həddi var ki,insan ora çatanda heç nə hiss etmir.Deyəsən,axı o da elə məhz belə anda idi.
Laçın ticarət mərkəzinə girib,ətrafa göz gəzdirməyə başladı.Deyəsən,axı istədiyini tapmışdı..Ürkək addımlarla qapıya yaxınlaşdı.İçəri boylandı.İçəridə,qapının ağzında oturub telefonda qurdalanan başının dibindən yapışqanı görünən qırmızı saçlı qız,aşağıdan yuxarı onu süzdü:
_Nə lazım idi?
O yorğun bir səslə:
_Siz saç alırsınız?_dedi
Qız,əyninə 3 razmer balaca olan taytından pırtlayıb çıxan endamını güclə qaldırıb ikrah hissi oyadan kinayəylə dedi:
_Ay xanım,biz səviyyəli,qulluq görmüş saçları alırıq.Belə,..._dilinin ucuna gələn"bitli"sözünü zorla geri qaytarıb_baxısız,diftikli saçları yox..
Bu sözlərin ağırlığından o,sanki biraz da çökdü...O saçlara ki,rəhmətlik yoldaşı"Kəşmir ipəyim"diyə sevərdii.İndi ona bitli,diftikli deyilirdi..Düzdür,indi saçları əvvəlki kimi deyildi.Çünkü,artıq 3 günə yaxın idi ki,işıqlarını borca görə kəsmişdilər.Yuyunmağa yer yox idi.Ordan uzaqlaşıb,çaresizcə ayağını sürüyə,sürüyə son ümüdünü də,itirib gedirdi..Elə,bu vaxt kimsə çiyninə toxundu.O,diksinib tez arxaya baxdı.Arxadakı,sarı saçlı,ber-bezekli,geyimli bir xanım təəccüblə ona baxırdı..
_Günəşşş???Ay qız,bu doğurdan da sənsən???
O,heyrətindən az qala qızın saçını,üzünü əli ilə yoxlayıb əmin ola.Günəş,bu gözlənilməz təsadüfdən heç sevinmədi.Çünkü,qrup yoldaşı Surqut adlı bu qız dərsi filan vecinə almayan,"Siz oxuyun,mən varlı ərə gedib işləməyəcəm"deyə bütün günü gəzirdi.Onda,Günəş universitetin gözbəbəyi idi.İstər dərsində,istər davrsnışında hamıya nümunə göstərilirdi.Hələ o vaxtdan uzun,qara saçları az qala topuğuna deyirdi.Bir çoxları Günəşin o saçlarına vurğun idi.Çox canlar yanmışdı..Amma o,qəlbini dinləyib Səlim ilə evləndi..
_Ay qız,sənə nə olub belə_Surqutun səsi onu xatirələrdən ayırdı.._O gözəl Günəşdən əsər qalmayıb.Axı sən Səlimlə evləndin,xoşbəxt idin..Axı,axı..
_Səlimi 7 ay əvvəl avtomobil qəzadında itirdim_Günəşin,səhərdən boğub saxladığı göz yaşı sel olub axdı.Surqut onu qucaqlayıb,uçunan bədənini yaxınlıqdakı salona tərəf çəkdi və içəri tərəf səsləndi:
_Ay qız,Nazlı tez su gətir,ordan sumkamdan valerian gətir.Cəldd oll.
Sudan,dərmandan içib başına gələnləri Surquta danışan Günəş sanki yüngülləşdi.Surqut,onu dinlədikcə qızarıb-bozarır,əsəbləşirdi.
Səlimin ailəsi ona xalası qızını beşik bağı etmişdi.Lakin Səlim heç vaxt bunu qəbul etmədi və Günəşlə evləndi.Səlimin anası Nərgiz hikkəsindən toya da gəlmədi.Üstəlik xəbərdə yolladı ki ,"Mən südümü də,haqqımı da Səlimə halal etmirəm.ALLAH o qızı bala üzünə həsrət qoysun,necə ki,balamı bizdən elədi"və beləcə gənc ailə Günəşin ailəsinin kiçik dəstəyi ilə,yaşamağa başladı....Ancaq,deyəsən Nərgizin qarğışı tutmuşdu 2 il uşaqları olmadı.Bu arada söz-söhbətə tab gətirməyən Günəşin atası Murad müəllim bir gecə yatdı,lakin ayılmadı.Həkimlər ürəyinin partladığını dedilər.Bu vaxt Ğünəş bilməsə də hamilə idi.Bu qəfil xəbərə şəkər xəstəsi olan Cahan müəllimə insulit keçirdi.Cavan atanın ölümü,ananın xəstəliyi Günəşə çox agır zərbə oldu.Hamilə olduğunu biləndə artıq 4 ay idi.Körpənin olacagı xəbəri sanki yenidən onlara hava,su oldu.Cahan müəllimə artıq ağlamır,şükür edirdi.Səlimin üzü gülməyə başlamışdı..Ancaq...
Anan ölüm döşəyindədir,gəl yalanı ilə dəli kimi gecə ilə yola düşən Səlim dumanlı havada bardiora,ordan da yolun kənarındakı ağaca çırpıldı...
Günəş ordan çıxıb jaketinin cibindəki kağız pulu bərk-bərk ovcunda sıxa-sıxa addımlayırdı..Yanından keçən iki gənc qız onun saçına baxıb:
Aaa,Ayka bax belə saç düzümü deyirdim sənə.Bəxtəvər,elə indicə salondan çıxıb.Yaxşı zövqü varmış_deyə pıçıldaşa-pıçıldaşa uzaqlaşdı..Günəşin üzündə acı bir təbəssüm gəzdi..Bəli,salondan indi çıxmışdı.Hamı dəbə uyğun kəsdirdiyini sandiği saçını əslində körpəsi üçün dərman alacaq pulu olmadığı üçün ehtiyacdan kəsib satmışdı...Qara,uzun saçları indi cibindəki 50 manatlıq əskinaz idi...
ÇİNARƏ SEYRAN
VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ