09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Mediamızın uğurlu inkişaf yolu.
MEDİA! Bu ifadəni elə bir insan yoxdur ki başa düşməsin, açıqlamasını bilməsin. Günün zamanın bir nömrəli tələbidir media və hər birimizin həyatında xüsusi bir rolu vardır. Bu gün bu gözəl ifadə, ona dövlətimizin dəstəyi, ona insanlarımızın sevgisi, onun pozitivləri, onun neqativləri, ona müsbət və mənfi baxışlr, onun fəaliyyət planı və perspektivlərindən danışaq. Hər kəsə bəlli olduğu kimi bu yaxınlarda "Media haqqında” qanun qəbul olundu. Bu ali akt Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir.
Qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır. Məlumdur ki, 44 günlük vətən savaşı qələbə ilə sonlandı. Gəlin etiraf edək ki, ön cəbhədə müzəffər Azərbaycan ordusu əks hücum əməliyyatları apardığı dönəmdə arxa cəbhə və bütün cahan demək olar ki, mediaya və buradan gələn xəbər selinə köklənmişdi. Demək olar ki, ən mükəmməl jurnalistlərimiz də əsgər və zabitlərimizlə birgə zəfər üçün öz mikrafonları ilə döyüşürdü.Bu böyük fəxarətdir. Hələ ən gürurverici anlardan biri də arxa cəbhədə olan gənclərin, ziyalıların apardığı informasiya müharibəsi var idiki, bax biz o sahədə də düşmənə göz dağı olmağı bacardıq. Hərə öz ampulasında bunu etdi. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçdi və ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması,xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyət göstərdi.
Bu peşənin mükəmməlləri "Media"adına,sadiq bir şəkildə mübarizələrini davam etdirirlər. Hec təsadüfü deyil ki, "Media haqqında "qanun da birbaşa onlara aiddir. Bu
qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur.
Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir.
Onu da qeyd edim ki bu qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir. Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur.
Burda əsas məqsəd keyfiyyətli xəbər istehsalıdır. Media Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir.
Mənə elə gəlir ki bu ganunun gəbuıu labüd və gözlənilən idi.Ona görə ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmırdı. Və bu baxımdan yeni qanun daha effektiv və səmərəli olacagdır. Bu zamanın və formalaşmış yeni reallığın tələbidir.Bu sahədə bu qanunun tələblərini qəbul edib vicdanla, qərəzsiz, operativ işləmək isə bu sahədə olan peşəkarların çiyinlərində olan məsuliyyət yüküdür.
Və ümid edirik ki, bu yeni qanun mediamızı daha mükəmməl, daha uğurlu və inkişaf etmiş sıralamalara yüksəldəcəkdir.
Əziz media mənsubları, dəyərli insanlar, əziz dostlar!
Sizə uğurlu fəaliyyət arzu edirəm.Səsiniz yüksəklərdən gəlsin!
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zona üzrə nümayəndəsi.
AJB-nin üvü, "Qızıl Qələm", "Araz" alı mükafatı laureatı.