19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Bəşər üzündə milyonlarla insan yaşayır, əfsuslar olsun ki, tarixə onlardan çox az sayda şəxsiyyətlərin adı yazılır, imzası həkk olunur.
Və illər, əsrlər keçir, zaman keçir, dövran dəyişir bu imzalar öz stabilliyini saxlayır.
O, möhtəşəm imzalar içində Azərbaycan xalqının böyük oğlu, böyük siyasətçi, nəhəng dövlət adamı, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevində imzası vardır.
Müstəqil Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Çünki Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.
Bu dövlətin bütün uğur meyarları, yüksəliş pillələri, davamlı və dayanıqlı inkişafının təməl prinsipləri məhz Ulu Öndərimiz Heydər Əliyevin ağıllı və uzaqgörən siyasətinin bariz nümunəsidir. Elə bir inkişaf predmeti yoxdur ki, orda bu dahinin fəlsəfi düşüncəsinin məhsuluna rast gəlməyəsən.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi.
Heydər Əliyev öz ölümü ilə belə ölümsüzlük əldə edən bir dövlət qurucusudur. Anım gününü qeyd etmək, onun yoxluğunu hiss etmək olduğca çətindir.
Bəlkə də bu gün çox insanın ürəyindən kiş ki, sağ olaydı və memarı olduğu bu məmləkətin uğurlu yüksəlişinə şahidlik edərdi.30 illik həsrətin Zəfər adlı sonuna gürurlanardı. Onun ürəyində niskil olaraq qalan Qarabaq yarası Xarı bülbül çiçəyinin məlhəmi ilə sağaldı. Bu xoşbəxtliyi isə bu millətə, bu xalqa onun bir zamanlar "Mən ona özüm qədər inanıram" dediyi layiqli davamçısı, dünya şöhrətli lider İlham Heydər oğlu Əliyev baxş etdi. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Ölkədə gedən inkişaf ğöz önündədir. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşmişdirlər.
Ruhun şaddır Ulu Öndər.
Allah sənə rəhmət etsin böyük insan!
Kamran Orucov.
"Vətənim-Azərbaycandır."az xəbər portalının təsisçisi və baş redaktoru.