Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

O dəhşətli gündən 6 il keçdi...

O dəhşətli gündən 6 il keçdi...
4-12-2021, 09:36 190 dəfə baxılıb


Bu gün “Günəşli” neft yatağında baş vermiş faciədən 6 il ötür.
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, 2015-ci ilin dekabrın 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. Ötən ilin may ayında daha 3 neftçinin cəsədi dənizdən tapılıb.
Qeyd edək ki, qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
Rəsmi açıqlamada hadisənin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması səbəbindən baş verdiyi bildirilib. Nəticədə, boru kəməri zədələnib və şiddətli yanğın baş verib.
Həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.







ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI