Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanlı şagird ABŞ-da Tələbə Kabinetinə üzv təyin edildi.

Azərbaycanlı şagird ABŞ-da Tələbə Kabinetinə üzv təyin edildi.
24-11-2021, 01:48 173 dəfə baxılıb

ABŞ-ın Meyn ştatında yaşayan gənc soydaşımız, 10-cu sinif şagirdi Cəmilə Əhmədova Meyn Təhsil Departamentinin Tələbə Kabinetinə üzv təyin edilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, o, belə bir yüksək postda xidmət edəcək ilk Azərbaycan və türk mənşəli qızdır:
“Cəmilə Əhmədova Kamberlend dairəsinin tələbələrini təmsil edəcək.
Tələbə Kabineti – təhsil üzrə səlahiyyətli şəxslərlə mütəmadi görüşlər keçirərək, təhsil siyasətini müzakirə edən bir qrup tələbədən ibarətdir. Kabinetin məqsədi Meyn ştatı tələbələrinin səsini ştatın və ölkənin müvafiq srtukturlarına çatdırmaqdır.
Gənc soydaşımız uzun illərdir ailəsi ilə birgə ABŞ-da yaşayır. Onun atası Tərlan Əhmədov Meyn ştatında Azərbaycan icmasının fəal üzvlərindən biri və Meyn Azərbaycan Cəmiyyətinin rəhbəridir”.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI