Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qanunsuz ov edən şəxslər cəzalandırıldı.

Qanunsuz ov edən şəxslər cəzalandırıldı.
23-11-2021, 11:41 165 dəfə baxılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Adil Abbasov, Bakı şəhər sakinləri Qurbanəli Məlikov, Alı Alıyev və Yevlax rayon sakini Elburus Əhmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 670 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Xidmət rəsmisi onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində isə qanunsuz ov edən Cəlilabad rayon sakinləri Cəlil Ramazanov, Teymur Quluyev, Emil Nobiyev, Sehran Əliyev, Xaçmaz rayon sakini Ceyhun İbrahimov, Şabran rayon sakinləri Surəddin və Fikrəddin Xudayarovlar saxlanılıb. 
Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 9800 manat məbləğində cərimələnib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI