Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ranın XİN rəhbəri Azərbaycanla əlaqələrdən danışdı

ranın XİN rəhbəri Azərbaycanla əlaqələrdən danışdı
22-11-2021, 09:13 186 dəfə baxılıb

Baş nazirin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Hüseyn Əmir Abdullahian Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Azərbaycanın ərazi bütövlüyünə İranın davamlı dəstəyini və prinsipial mövqeyini vurğulayan Əmir Abdullahian, İran şirkətlərinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarının yenidənqurulması və bərpası işlərində iştirak etməyə hazır olduğunu bildirib.
Görüşdə iki ölkə arasında fəaliyyət göstərən Hökumətlərarası Dövlət Komissiyasının əhəmiyyəti qeyd olunub və komissiyanın aktiv fəaliyyətindən məmnunluq ifadə edilib.
İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, neft-qaz, turizm, nəqliyyat, energetika, tranzit daşımaları, birgə sənaye və investisiya layihələri, informasiya kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın davamlı inkişafı üçün səylərin daha da artırılması və görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə həmçinin, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI