18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Şamaxıda “Zəfər Yolçuları” kitabının təqdimatı oldu - Fotolar
Şamaxı rayon Mədəniyyət Mərkəzində, rayon icra hakimiyyəti və Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə hazırlanmış "Zəfər Yolçuları" kitabının təqdimat mərasimi keçirilib.
"Vətənim-Azərbaycandır.az” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Şamaxıdan olan şəhidlərimizin xatirəsinə həsr olunmuş kitabın təqdimat videoçarxı nümayiş olunub.
Tədbirdə çıxış edən Tahir Məmmədov vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğundan, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. İcra başçısı şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən geniş söhbət açmış, "Zəfər Yolçuları" kitabının da bu istiqamətdə görülmüş işlərin bir hissəsi olduğunu vurğulayıb.
Millət vəkili Tamam Cəfərova çıxışında istər Birinci, istərsə də, İkinci Qarabağ müharibələrində qəhrəmancasına şəhid olmuş həmvətənlərimizin hər bir azərbaycanlının ürəyində əbədi yaşayacağını bildirmiş, onların cəsarət, qəhrəmanlıq simvolları olduqlarını, vətən, millət qarşısında böyük işlər gördüklərini qeyd edib. Millət vəkili "Zəfər Yolçuları" kitabının yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda inkişafı üçün əhəmiyyətini bildirib.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhməd Mustafayev, şəhid valideynləri Güllü Babaşova, Rza Nəbiyev və digərləri kitabın əhəmiyyətindən danışmış, qəhrəmanlarımızın gənclərə, gələcək nəsillərə tanıdılması üçün çox böyük qəhrəmanlıq toplusu olduğunu qeyd ediblər.
"Zəfər Yolçuları" kitabında ölkəmizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda bugünədək Şamaxı rayonundan olan 130 şəhid haqqında geniş məlumatlar yer alıb.
Tədbirin sonunda "Zəfər Yolçuları" kitabı şəhid ailələrinə təqdim olunub.