Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Məmur özbaşınalığına etiraz edən Şamaxı sakini... - VİDEO

Məmur özbaşınalığına etiraz edən Şamaxı sakini... - VİDEO
29-06-2021, 11:41 1 488 dəfə baxılıb


DogruXeber.az xəbər verir ki, Şamaxı rayon sakini Cəbrayılov Kazım Ağamikayıl oğlu Baş Prokurorluq qarşısında təkbaşına etiraz aksiyası keçirib.

K.Cəbrayılov aksiyanın şahidi olan media nümayəndələrinə açıqlamasında Şamaxı rayon prokuroru Müşfiq Səfərovun, eləcə də Şamaxı rayon Polis idarəsinin rəisi Əliəddin Səfərovun qanunsuz əməllərindən şikayətçi olduğunu bildirib.

K.Cəbrayılov daha sonra bildirir ki, "atam 67 yaşlı Cəbrayılov Ağamikayıl Oruc oğlunu Şamaxı rayon prokuroru Müşfiq Səfərov may ayının 26-da həbs etdirib. Səbəb isə onu göstəriblər ki, güya atam 2017-2018-ci illərdə "Quşçu" kənd bələdiyyəsinə məxsus torpaqda qanunsuz olaraq əkin əkib. Lakin, "Quşçu" kənd bələdiyyəsinin verdiyi rəsmi arayışda göstərilir ki, atam bələdiyyəyə məxsus torpaqda əkin əkməyib və bələdiyyəyə heç bir maddi ziyan vurmayıb."

K.Cəbrayılov iddia edir ki, "atamı mənə görə həbs ediblər.

Mən ötən ilin mart ayında Şamaxı rayon yol idarəsində "sahə rəisi" vəzifəsində çalışırdım. Şamaxı rayon yol idarəsinin müdiri Nazim Eynallı mənim xəbərim olmadan, mənim yerimə imza atıb, işdən azad edib. Bundan sonra aramızda münaqişələrimiz yarandı. Mən əlimdə olan Nazim Eynallının rüşvətxor, korrupsiya əməllərini əks etdirən 21 videogörüntüləri aidiyyətı qurumlara, o cümlədən Şamaxı rayon prokurorluğuna göndərdim. Şikayətimə nəyinki baxılmadı, hətta şikayət etdiyim üçün Şamaxı rayon prokuroru Müşfiq Səfərov məni yanına çağırıb təhdid etdi.

Müşfiq Səfərov özü də mənə bildirdi ki, "atan sənə görə həbs olunub. Atanı mən həbs etsəm də, həbs sifarişini Azərbaycan Avtomobil Yollarının sədri Saleh Məmmədov verib."

Odur ki, mən səsimi Baş Prokuror Kamran Əliyevə, Cənab Prezidentə çatdırana qədər öz etirazımı davam etdirəcəm." - Deyə Kazım Cəbrayılov bildirib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI