Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Müdafiə Nazirliyi Ermənistana yenə xəbərdarlıq etdi.

Müdafiə Nazirliyi Ermənistana yenə xəbərdarlıq etdi.
14-11-2021, 19:45 189 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata cəhd göstərib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Müdafiə Nazirliyi bundan sonra yenidən Ermənistana xəbərdarlıq edib.
Bildirilib ki, ötən həftə də Ermənistan tərəfi dövlət sərhədinin Laçın istiqamətində 60 nəfər şəxsi heyəti yerləşdirməklə təxribat törətməyə cəhd göstərmiş və iflasa uğramışdı:
“Müdafiə Nazirliyi tərəfindən bəyan edilmişdi ki, Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınacaq.
Ermənistanın hərbi-siyasi rəhbərliyi bu kimi hərbi avantüraya son qoymalıdır. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin danışıqlar yolu ilə delimitasiyası və demarkasiyasında maraqlı deyil.
Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI