Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"Qızıl Saat"

"Qızıl Saat"
13-11-2021, 19:02 397 dəfə baxılıb

O,cibindən çıxardığı pula sevinclə,qürurla baxırdı.Çünkü bu pullar təkcə onun ilk maaşı deyil,valideynlərinin əməyi,özünün iradəsinin,əzminin bəhrəsi idi..
Ailənin dörd övladından üçüncüsü olan Faiq ziyalı,zəhmətkeş,mərd bir ailənin fərdi idi.Özünü biləndən evdə hər kəsin əlində kitab görərək böyümüşdü.Anası Kəbirə müəllimə ingilis dili müəlliməsi idi.Övladlarının təhsilində elə ən böyük yük də onun çiyinlərində idi.Bezmədən,səbirlə dörd övladının təlim-tərbiyəsi ilə məşğul olurdu..
Faiq,böyük bacı və qardaşı kimi bu zəhməti yerə vurmamış və öz savadının sayəsində Ali məktəbə daxil olmuşdu..4 il hər çatinliyə,yoxluqlara baxmayaraq Ali məktəbi qırmızı diplomla başa vurub,Vətən borcunu ödədikdən sonra iş axtarıb tapmışdı.Yenə də savadının və bacarığının sayəsində..İşdən Faiqi görüşə çağırarkən,Kəbirə müəllimə illərdir qolunda olan və çox sevdiyi saatını biran belə düşünmədən satmış və Faiq bu pulla Bakıya yollanmışdı.Lakin,bu heç vaxt Faiqin yadından çıxmır və ilk maaşıyla mütləq anasına saatı geri alacaqdı..
_Buyurun,qardaş,nə istəyirdiniz?_zərgər mağazasının ortayaşlı satıcısının xırıltılı səsi onu düşüncələrdən ayırdı..Faiq gözündə gilələnən yaşı geri qaytarıb,pulları cibine geri qoyub,zorla gülümsədi və cib telefonundakı saatın şəklini satıcıya göstərdi:
_Mən bu saatdan istəyirəm.Sizdə varmı?
Telefondakı saata baxan satıcının gözləri bic-bic gülümsədi:
_Qardaş,bu model köhnədir ki.Mən sənə daha təzə,daha gənc seçimlərdən verib də..Bunun vaxtı keçib,indiki qızlar bəyənmir ki...
Faiqin qara,sıx qaşları altında qartala benzer iti və sərt baxışlarını görən kişi sözünün dalını gətirmədi.
_Mənə bu saatdan lazımdır.Var?Hə və Yox.Çox vaxtım yoxdur._Faiq dedi.Zərgərin şit canfəşanlığı ona xoş gəlmədi.
_Qardaş,var sən beş dəqiqə bura bax,gəlirəm_deyib zərgər mağazadan çıxanda Faiqin çiyninə ani bir nəzər atıb,qapıdan sola buruldu.Görünür ki,içi qızılla dolu mağazanı tanımadığı birinə əmanət edib getməyə onu məhz Faiqin çiynindəki ulduzlar ürəkləndirmişdi.
  Aradan beş dəqiqə keçmişdi ki,zərgər əlində qırmızı parçaya bükülü saat geri gəldi.Saatı əlinə alan Faiq,bu gün ikinci dəfə idi ki,bu qədər xoşbəxt,bu qədər güclü hiss edirdi.Saat eyni ilə Kəbirə müəllimənin saatından idi.Hər yerinə diqqətlə baxan Faiq,saatı qulağına tutub işlədiyindən əmin olduqdan sonra dil boğaza qoymayıb bayaqdan saatı tərifləyən zərgərin dediyi qiyməti çek-çevir etmədən aldığı ilk maaşın hamısıyla ödəyib mağazadan çıxdı.Faiq,sevincdən az qala uçurdu.Özündən ixtiyarsız gülümsəyirdi.Saatı pencəyinin sinəsindəki içəri cibə qoyub,yaxasını bağladı.Saata baxdı.1 saat fasilənin bitməsinə hələ 25 dəqiqə var idi.O,yol üstü birşeylər yeyib işə gedəcəyini düşünürdü ki,telefonuna zəng gəldi.Ekranda xaloğu-doktor yazırdı.Rayonda həkim işləyən xalası oğluna aralarına həmişə"Doktor"diyə müraciət edirdilər.
Faiq sevincək telefonun "yes"yazısını seçib qulağına tuttu:
_Dotor,salam,salam..._lakin bir neçə saniyə telefondan səs gəlmədi_Alo,ay aloo_Faiq şən səslə təkrar soruşdu..
_Faiq..._Elşənin səsi boğuq və zəif idi._onun səsindən nəsə pis şey olduğunu anlayan Faiqin üzü buludlandı:
_Elşən,nə olub,Elşən,aloo
_Faiq,xalam...Xalam səhər məktəbə gedəndə_telefondan hıçqırıq səsləri və hönkürtü gəldi..Faiq,bir anlıq yerində dondu.Əvvəlcə ona elə gəldi ki,dünyanın sonudur,yer və göy birləşdi,sonra başı fırlanmağa başladı.Elə bil kim isə boğazındakı kalstukdan tutub daha da sıxırdı.Boğulurdu..
_Faiq,gəlsən yaxşıdır,xalam yaxşı deyil..deyə Elşən ona həvalə edilən bu ağır yükün altında əriyi-əriyə zorla sözünü bitirdi.
_Elşən...axı noldu,axı dünən gecə danışmışdıq,axı hər şey yaxşı idi axıı.._Faiq öz səsindən qorxdu.Bu an nə olduğunu tam qavraya bilmirdi..
_Faiq,gel,qurban olum..._Elşən daha danışa bilməyib telefonu söndürdü..
Bir neçə dəqiqə olduğu yerdəcə quruyub qalan Faiqin ayaqlarına sanki beton tökmüşdülər tərpənə bilmirdi..
Faiq əlləri əsə-əsə cibindən çıxardığı saatı Kəbirə müəllimin soyuq biləyinə taxmağa çalıışırdı.Qadınlarda ona mane olmağa çalışan əli geri itələyib hıçqıra-hıçqıra saatı bağlamağa davam etdi..
Faiqin anası üçün ilk maaşıyla aldığı son hədiyyə oldu,Qızıl Saat...
ÇİNARƏ SEYRAN
VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI