17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Ombudsman: Gələn ilin dövlət büdcəsində insan hüquqlarının müdafiəsi diqqətdə saxlanılıb
2022-ci il üçün dövlət büdcəsi layihəsi sosial yönümlüdür və insan hüquqlarının müdafiəsi diqqətdə saxlanılıb.
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu fikirləri ombudsman Səbinə Əliyeva noyabrın 11-də Milli Məclisdə 2022-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Səbinə Əliyeva diqqətə çatdırıb ki, Ombudsman Aparatı olaraq üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb. Bildirilib ki, müharibə və postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı apardığı siyasəti, terrorçuluq hərəkətlərini, mülki obyektlərin, mülki insanların hədəfə alınmasını fəaliyyətlərində ifşa etməyə çalışıblar. Bu məqsədlə faktaraşdırıcı missiya həyata keçirilib. Bununla bağlı beynəlxalq təşkilatlara, digər ölkələrin ombudsmanlarına məlumat göndərilib, 14 hesabat, 20 bəyanat, 21 müraciət ünvanlanıb, 10 faktaraşdırıcı missiya rellaşdırılıb.
Ombudsman dövlət büdcəsində insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə maliyyə təminatının artırılmasını təklif edib. O, bunun beynəlxalq təşkilatların məlumatlandırılması, qabaqcıl təcrübənin əldə edilməsi, elektron bazanın təkmilləşdirilməsinə sərf ediləcəyini qeyd edib.