Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BNA-dan qanunsuz parkinq yeri yaradanlarla bağlı çağırış - Fotolar

BNA-dan qanunsuz parkinq yeri yaradanlarla bağlı çağırış - Fotolar
10-11-2021, 02:47 188 dəfə baxılıb

Cari ilin ötən dövründə Bakı Nəqliyyat Agentliyi təqdim etdiyi layihə əsasında 25 küçə və prospektdə səkilər yenidən standarta uyğun qurulub.

Agentlikdən “Vətənim-Azərbaycandır.az"ya verilən məlumata görə, piyada səkisi olmayan bir çox küçələrdə yeniləri inşa edilib, ehtiyac olan yerlərdə səkilər genişləndirilib.
“Nəticədə 45 km uzunluğunda səkilərin davamlığı təmin edilib. Hazırda səkilərin bərpa işləri Ş.Mehdiyev küçəsindən Tbilisi prospekti istiqamətində aparılır. Yaxın günlərdə isə Ə.Haqverdiyev küçəsində analoji işlərə başlanılacaq.
Lakin təəssüf ki, bəzən küçə və prospektlərdə, xüsusən də səkilərinin olmadığı yerlərdə piyadaların hərəkəti çətinləşdirilir. Xəzər rayonu A.İldırım küçəsində olduğu kimi. Səkinin olmadığı bu ərazidə piyadalar üçün şərait yaratmaq əvəzinə asfalt örtük döşənərək, qanunsuz parkinq yeri təşkil edilir. Bu isə piyadaların hərəkətini daha da çətinləşdirməklə yanaşı, həm də təhlükə riskini də artırır.
Bir çox hallarda bu kimi işlər müvafiq qurumların birbaşa iştirakı ilə görülür. Bunu nəzərə alaraq bütün aidiyyəti qurumları piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün əməkdaşlığa dəvət edirik”, - agentlikdən bildirilib.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI