Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İndiyədək 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib.

İndiyədək 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib.
6-11-2021, 16:57 176 dəfə baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında cari ilin 9 ayında görülən işlər, postmüharibə dövründə sosial dəstək tədbirləri müzakirə olunub.

"Vətənim-Azərbaycandır.az” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bir il bundan əvvəl Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfəri qeyd edib. Nazir bu tarixi Qələbənin xalqımızda sonsuz qürur hissi yaratdığını vurğulayıb.
Vətən müharibəsindən sonra Prezidentin tapşırığı ilə böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 33 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunur. Şəhidlərimizin ailə üzvləri və qazilərimizlə bağlı icra olunan sosial dəstək proqramları daha da genişlənəcək.
Qeyd edilib ki, şəhid ailələrinin üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Həmçinin Vətən müharibəsi qazilərinin əlilliyini qiymətləndirilməsi işləri də davam edir. Onlardan artıq 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib. Bu il şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib və ilin sonunadək bu rəqəm 3 minə çatacaq. Həmçinin müharibə əlillərinin avtomobillə təminatı işləri davam edəcək.
2021-ci il üzrə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Onlardan artıq 13 min şəxs proqrama cəlb olunub. Özünüməşğulluq proqramına şəhid ailələri və qazilərin cəlb edilməsi xüsusi qeyd edilə bilər. Vətən müharibəsindən sonrakı bir ildə bu kateqoriyadan olan 5500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI