Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Le Figaro” Türkiyə PUA-larının Qarabağdakı rolundan yazdı

“Le Figaro” Türkiyə PUA-larının Qarabağdakı rolundan yazdı
4-11-2021, 02:41 276 dəfə baxılıb

Fransanın “Le Figaro” qəzeti Türkiyənin 10 il içərisində ABŞ, İsrail və Çinlə birlikdə dünyanın aparıcı PUA istehsalçılarından birinə çevrildiyini yazıb.

Vətənim-Azərbaycandır.az”ın məlumatına görə,  qəzet yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya və Qarabağda uğur qazanan PUA-ların satışı ilə bağlı müqavilələrin sayını artırıb.
“Azərbaycan, Ukrayna, Polşa, Mərakeşdən sonra Qırğızıstan da PUA-larla maraqlanır. Türkiyə PUA-ları döyüş təyyarələrindən 20 dəfə ucuzdur.
Bu PUA-lar ilk vaxtlar PKK terror təşkilatına qarşı və sərhədlərin təhlükəsizliyi üçün istifadə edilirdi. Türkiyə PUA-larının 2016-cı ildə Suriyada istifadəsi vəziyyəti dəyişdi. Bundan başqa, yaxın zamanda Qarabağda qüvvələr balansını dəyişdirdi”, - xəbərdə deyilir.
O da vurğulanıb ki, NATO Polşa və Latviyanın Türkiyə PUA-larına maraq göstərməsindən ehtiyatlanır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI