18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
Rəsmi Bakı İranda səfirliyimizin bərpasının şərtini açıqladı resmi-baki-iranda-sefirliyimizin-berpasinin-sertini-aciqladi
VETENİM-AZERBAYCANDIR.AZ
“Son zamanlar, Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb”.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın XİN-in mətbuat katibi Nasir Kənaninin 12 iyun tarixli şərhi barədə yerli medianın sualına cavabında deyib.
“Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir”, - XİN rəsmisi əlavə edib.
Qeyd edək ki, iyunun 12-si İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycanla münasibətlərə toxunarkən bildirib ki, diplomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə edildiyinə inanır. Onun sözlərinə görə, hazırda gərginlik mərhələsindən yeni mərhələyə keçid və Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin rəsmi fəaliyyətini bərpa etmək üçün danışıqlar mərhələsindədirlər. Bundan əlavə, yeni praktik addımlar atmaq üçün dialoqa və fikir mübadiləsinə ehtiyac var.
VETENİM-AZERBAYCANDIR.AZ