Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ABŞ prezident İlham Əliyevə təbrik məktubu göndərdi

ABŞ prezident İlham Əliyevə təbrik məktubu göndərdi
28-03-2023, 11:03 169 dəfə baxılıb

Vətənim-Azərbaycandır.az



Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Vətənim-Azərbaycandır.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularımı yetirirəm.

Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir.

Novruz bayramınız mübarək!".

Vətənim-Azərbaycandır.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI