Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Makron olduğu kimi: üzr istəmək əvəzinə, boş vədlər verdi

Makron olduğu kimi: üzr istəmək əvəzinə, boş vədlər verdi
3-03-2023, 19:16 380 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Dünyanın ən qəddar müstəmləkəçi ölkələrindən olmuş Fransa indi siyasətin tam dəyişdiyini və "Fransa Afrikası" dövrünün başa çatdığını deyir. Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları ilk baxışdan maraqlı olsa da, mahiyyət etibarilə Parisin siyasətində ciddi dəyişlikliklərdən xəbər vermir. Paris bəşəriyyətə qarşı törətdiyi cinayətlərə, müstəmləkələrində milyonlarla insanı amansızcasına qətlə yetirdiyinə, xalqları və etnosları istismar etdiyinə görə üzr istəməli olsa da, tələsmir.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən xəbər verir ki, "Müstəmləkəçilik dönəmindən qalmış "Fransa Afrikası" dövrü bitdi. Biz indi Afrikada neytral həmsöhbətik, halbuki, düşünmədiyimiz niyyətləri bizə şamil edirlər", - Qabonun paytaxtı Librevildə keçirilən, tropik meşələrin müdafiəsinə həsr olunmuş "One Forest Summit"də çıxış edərkən Emmanuel Makron deyib.
Onun sözlərinə görə, Paris Afrika qitəsində hərbi islahatlara başlayır və bu, Fransanın üzərinə götürdüyü öhdəliklərdən imtinası deyil.
Faktiki olaraq Paris "qara qitə"dəki hərbi bazalarında fransalı hərbçilərinin sayının azaldılmasına və bu bazaları yerləşdikləri ölkələrlə "birgə idarə edilən hərbi obyektlər"ə çevirməyə başlamaq fikrini açıqlayıb.
E.Makron Afrika ölkələri ilə "yeni, balanslaşdırılmış və məsuliyyətli tərəfdaşlıq siyasətinin başlandığını" bəyan edib.
Xatırladaq ki, ötən il Malidə və Burkina-Fasoda hərbi çevrilişlərdən sonra bu dövlətlər ərazilərindən Fransa bazalarının çıxarılmasını tələb ediblər.
Fransadakı İctimai Rəy İnstitutunun (İFOP) keçirdiyi sorğuya isə respondentlərin 55 faizi ölkənin Afrikadakı bütün bazalarının bağlanmasını istədiklərini bildiriblər.
Martın 1-də Afrikaya beşgünlük səfərə yollanan E.Makron viziti çərçivəsində Qabon, Konqo Respublikası və Konqo Demokratik Respublikasında görüşlər keçirəcək.
Onun səfərinin preambluasını bir fikir təşkil edir: "Afrika ölkələrinə hərbi, siyasi və ya iqtisadi dəstəyin həcmi baxımından fransızlar ABŞ, Rusiya və ya Çinlə rəqabət aparmaq niyyətində deyillər".
Makronun bəhs etdiyi "Fransız Afrikası" ("Françafrique") əvvəllər Fransa müstəmləkələri olmuş, sonra isə Fransa İttifaqının tərkibində yer almış ölkələrdir.
"Fransız Afrikası" 1960-1962-ci illərdə Afrikada fransızların 13 müstəmləkəsinin dövlət müstəqilliyi qazanması prosesi başa çatandan sonra formalaşıb.
Bəhs etdiyimiz dövlət siyasəti Fransaya indiyədək Afrikanın bir sıra ölkələrində hərbi, siyasi, iqtisadi və s. təsir immkanlarını qorumağa imkan verib.
Fransanın "qara qitə"də hərbi mövcudluğuna gəldikdə isə Fransanın Cibuti, Qabon, Seneqal, Kot-d-İvuar, Burkina-Faso, Çad, Mali və Mərkəzi Afrika Respublikasında hərbi bazaları var.
Emmanuel Makronun "Fransa Afrika ilə bağlı siyasətini dəyişir" açıqlaması səmimi sayıla bilməz.
Əvvəla, Makronun sələfləri Nikolya Sarkozi və Fransua Olland da illər əvvəl eyni bəyanatlarla çıxış etmiş, vədlər vermişdilər.
Makronun özü beş il əvvəl Burkina-Fasonun paytaxtı Uaqaduquda olarkən "tarixi nitq"ində faktiki olaraq eyni kəlmələri söyləmiş, "Afrika ölkələri ilə qarşılıqlı münasibətlərimizi maraqlar balansının qorunması istiqamətinə yönəldəcəyik" demişdi.
Fransa, əslində, vadar edildiyi qərarları "könüllü təşəbbüs", məcbur qaldığı əməlləri isə "yenilik" kimi təqdim edir.
Ötən ilin noyabrında Afrikanın Sahel bölgəsində (Mali, Çad, Burkina-Faso, Mavritaniya və Niger) 9 il əvvəl başladığı "Barxan" ("Opération Barkhane") əməliyyatının başa çatdığı bəyan edildi. Makronun həmin əməliyyatından sonra Fransanın 5 min hərbçisi bölgədən çıxarıldİndi də Makron "hərbi bazaların fəaliyyətində tam yeni taktika"dan bəhs edir. Lakin afrikalılar bazaların çıxarılacağını düşünməsinlər: Fransa bu bazaları bağlamaq və ya onların fəaliyyətlərini minimuma endirmək niyyətində deyil.
Sadəcə, bəzi bazaların adları dəyişərək "hərbi akademiya"lar olacaq, bəziləri isə yenə də kağız üzərində "yerli hərbçilərlə birgə idarəetmə sistemi"nə keçiriləcəklər.
E.Makron bir qədər də irəli gedərək Fransanın Afrika ilə bağlı siyasətində "köklü humanitar dəyişikliklər"dən də bəhs edib: "Düşünürəm ki, Afrika ilə münasibətlədə Fransa dərin təvazökarlıq nümayiş etdirməli, diqqəti konkret layihələrə yönəltməlidir. Təhsil, mədəniyyət, ekologiya və iqtisadi tərəfdaşlıq sahələrində təmaslar inkişaf edəcək, onlar yardım və sərmaye məntiqi yönündə əhəmiyyətli təkamül edəcəklər".
Fransa prezidenti Afrika ölkələri ilə "genişmiqyaslı, böyük əməkdaşlıq layihələrinə start veriləcəyini" də vurğulayıb.
Makron "böyük", "köklü", "genişmiqyaslı" ifadələrindən bol istifadə etsə də, Fransanın Afrika ölkələrindəki səfirliklərinə bu "misilsiz yeniliklər" üçün cəmi 40 milyon (!) avro ayrılıb.
Fransanın dövlət başçısı onu da vəd edib ki, Parisin əsrlər boyu Afrikanı qarət edərək daşıdığı tarix və mədəniyyət inciləri geri qaytıralacaq, sahiblərinə veriləcək və hətta bununla bağlı, sən demə, bu ay Fransa parlamentində müvafiq qanun layihəsi də təsdiqlənəcək.
Lakin Fransadakı muzeylərin Afrikadan aparılmış, sayı təqribən 90 min olan eksponatları asanlıqla qaytaracaqları düşünmək belə, sadəlövhlükdür.
Paris 2021-ci ildə Beninə cəmi 26 eksponat verməklə "ciddi proses getdiyini" vurğulayır.
Reallıqda heç bir proses, restutisiya və s. yoxdur: olan Fransanın "qara qitə"də Çinin genişmiqyaslı aktiv fəaliyyəti nəticəsində yerli dövlətlərlə ciddi iqtisadi tərəfdaş mövqelərini sürətlə itirməsidir.
Hazırda Fransanın Afrika ölkələrinə olan ixracı Çin Xalq Respublikasının analoji göstəricilərinin 24,58 faizini təşkil etməklə yanaşı, Almaniya, Rusiya və Türkiyə ilə bağlı statistikaya da uduzur.
Üstəlik, Afrikada Fransaya qarşı antipaniya və etiraz dalğası da genişlənməkdədir.
Son belə demarşlar Burkina-Faso, Mali, Niger və Cənubi Afrika Respublikasında olmuşdu.
Afrika qitəsi artıq Fransanın geosiyasi təsir və təzyiq məkanı sayıla bilməz. Parisin bütün cəhdlərinə, kuluar diplomatiyasına və hərbi kontingentlər formatında müdaxilələrinə rəğmən, Afrika dövlətlərində ciddi siyasi emansipasiya müşahidə olunur.
Səbəb çox sadədir və üzdədir.
Fransa əsrlər əvvəl olduğu kimi, Afrika ölkələrinin taleyini və gələcəyini afrikalıların iştirakı olmadan müəyynələşdirməyə çalışır.
Afrikalıların tarixinə qanlı qırğın və soyqırım səhifələri yazan, "qara qitə"ni istismar etmiş Paris üzr istəmək, reparasiyalar və təzminatlar ödəmək əvəzinə "yeni maraqlar"dan bəhs edir.
Görünən budur ki, Parisin siyasəti dəyişmir: Paris, sadəcə, yeni situasiyaya uyğunlaşmağa çalışır.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI