Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Münxendə qurulan anti-Rusiya İttifaqı - Paşinyan-Makron birliyi Kremlə qarşı

Münxendə qurulan anti-Rusiya İttifaqı - Paşinyan-Makron birliyi Kremlə qarşı
20-02-2023, 10:25 138 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Fransa prezidenti Emmanuel Makron Münxen Təhlükəsizlik Konfransında çıxışının əsas hissəsini Rusiyaya düşmənçilik və Ermənistana dostluq mesajları üzərində qurub. Makron çıxışında Rusiyanı qeyri-sabitliyin və xaosun mənbəyi kimi təqdim edib. Həmçinin Fransanın Ermənistanın yanında olmağa davam edəcəyini vurğulayıb.
Sitat: "Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiya həll edəcəyinə kimsə necə inansın? Mən dostum baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik". Makronun bu çıxışından bir daha aydın olur ki, Fransa bölgədə Rusiyaya qarşı ittifaq formalaşdırır və bu prosesdə Ermənistan aparıcı rol oynayır.
"Bacılar" İttifaqı Rusiyaya qarşı
Faktlar sübut edir ki, Fransa tarix boyu heç bir ölkəyə təmannasız "bacılıq" etməyib. Makron da Paşinyana təmənnasız "bacılıq" etmir. Makronun "dostum Paşinyan" ifadəsinin altında çox mətləblər, kirli imperialist maraqlar yatır. Tarix boyu qanlı hadisələr törədən Fransa, islamafob və türkəfob siyasət yürüdən Makron hakimiyyəti Cənubi Qafqazda hədəflənən uzunmüddətli sülhə hansı töhfəni verə bilər? Təbii ki, heç bir.
Fransanın Cənubi Qafqaz siyasəti bölgədəki problemlərin həllini, Ermənistanla Azərbaycan arasında sülh prosesinə töhfə verməyi hədəfləmir. "Bacılar" İttifaqının əsas məqsədi bölgədə hərbi gərginliyi aktiv saxlamaq və Rusiyanın regiondan sıxışdırılması üçün əlverişli şərait formalaşdırmaqdır. Makron "Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiya həll edəcəyinə kimsə necə inansın?" ifadəsi ilə bölgədən Moskvaya qarşı cəbhə açdıqlarını rəsmi şəkildə elan etmiş oldu.
Təbii ki, bu cəbhənin mərkəzində Ermənistan var. Yəni Ermənistan Fransa tərəfindən Qərb-Rusiya qarşıdurmasında plasdarm kimi istifadə olunur.
Hədəfə çatmaq üçün ilk növbədə Rusiyanın Ermənistandakı hərbi və siyasi təsiri azaldılmalıdır. Paris bu məsələdə Avropa İttifaqı missiyasından çox məharətlə istifadə edir. Biz artıq Fransanın Paşinyanın razılığı ilə bölgəyə Ermənistandan daxil olduğunu və İrəvanda anti-Rusiya meyillərinin artdığını müşəhidə edirik.
Məsələn, "Azərbaycan-Ermənistan sərhəddində gərginlik var" bəhanəsi ilə bölgəyə yerləşdirilən Aİ missiyası gəldikdən sonra Rusiyanın hərbi bazasının, həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd İdarəsinin tez bir zamanda Ermənistandan çıxarılacağı ilə bağlı fikirlər səsləndirilir.
"Bacılar" İttifaqında "yanan" Ermənistan olacaq
Məlumdur ki, Ermənistan hakimiyyəti Fransanın anti-Rusiya layihələrinə loyal münasibət göstərməsə, Paris Cənubi Qafqaza bir addım belə ata bilməz. Amma Paşinyan anti-Rusiya ittifaqında iştirak etməkdən çox məmnundur. Makron yuxarıda sadalanan hədəflərinə çatmaq üçün Paşinyanın başını sığallayır, "dostumsan" deyib yanına çəkir və öz imterialist niyyətlərini Ermənistan, erməni xalqı üzərindən həyata keçirir. Təbii ki, Fransa üçün Ermənistanın, erməni xalqının taleyi o qədər də maraqlı deyil.
Dünya Fransanın Afrikanın şimalında və cənubunda hakimiyyət qurduğu 20-dən çox ölkədə hansı qətliamlar törətdiyindən, Seneqal, Fildişi Sahili və Benində təşkil etdiyi qul ticarətindən yaxşı xəbərdardır. Fransanın Afrikada törətdiyi cinayətlər nəticəsində 2 milyondan çox insan həyatını itirib. Ruandada 800 min Tutsinin öldürüldüyü soyqırımı törədən də Fransadır.
Rəsmi Paris Tunisdən Toqoya, Malidən Kameruna zəngin Afrika torpaqlarını bu gün də talan edir. Paris hələ də 14 Afrika ölkəsinin milli sərvətini öz əlində tutur. Mədənlərindən çıxan təbii sərvətlərdən əldə olunan maliyyə Fransaya daşıyır. Hər il Afrika dövlətlərinin təbii sərvətlərinin satışından Fransanın dövlət büdcəsinə 500 milyard dollara yaxın vəsait daxil olur.
Parisdən minlərlə kilometr uzaqda yerləşən Ermənistan da Fransa üçün yuxarıda sadalanan ölkələrdən biridir.
Ona görə də Parisin Qafqaz həmləsində "yananın" Ermənistan, ümumilikdə erməni xalqı olacağını indidən proqnozlaşdırmaq olar. Çünki Kremlin "Bacılar" İttifaqına münasibəti, İrəvana təsir rıçaqları məlumdur.
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI