Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan bərpa olunan enerji üzrə regional mərkəzə çevrilə bilər

Azərbaycan bərpa olunan enerji üzrə regional mərkəzə çevrilə bilər
14-02-2023, 10:01 212 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşeh Trend-ə özəl mühasibəsində deyib.
"Dekarbonizasiya prosesinin sürətləndirilməsi rəqabət qabiliyyəti və gələcək tərəqqi üçün həlledici rol oynayır. Dünya Bankı Qrupunun təşəbbüsü olan "Enerji Sektorunun İdarə Edilməsinə Yardım Proqramı"nın təhlilinə əsasən, Azərbaycanın dənizdə külək enerjisinin texniki potensialı 157 GVt olaraq qiymətləndirilir ki, bu da hazırda ümumi quraşdırılmış təqribən 8 GVt güc ilə müqayisədə çox böyük göstəricidir. Özəl sektora yönəlmiş artım modeli reallaşdırıldıqca dənizdə külək enerjisinin inkişafı senerji sektorunda rəqabəti yaxşılaşdırmağa, əsas infrastrukturu möhkəmləndirməyə və iqlim dəyişikliyinin öhdəsindən gəlməyə kömək edə bilər. Azərbaycan dənizdə külək enerjisinin inkişafında öz infrastrukturu, avadanlığı, bilikləri və işçi qüvvəsindən istifadə edə bilər", - o deyib.
Karadşehin sözlərinə görə, Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və IFC tərəfindən dərc edilmiş "Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi" ölkənin 2040-cı ilədək dənizdə ümumi quraşdırılmış gücü 7 GVt olan külək elektrik stansiyası quraşdırmaq potensialına malik olduğundan .
"Bu, 69 000 insan ilindən çox tam məşğulluğu və yerli səviyyədə 7 milyard dollaradək ümumi əlavə dəyəri təmin edə bilər. Bu potensialın istifadəsi həmçinin Azərbaycanın öz qonşuları və Avropanın digər hissəsi üçün bərpa olunan enerji ixracçısına çevrilməsinə imkan yarada bilər ki, bu da enerji təhlükəsizliyini artırmağa şərait yaratmaqla Avropa qitəsinin karbonsuzlaşdırılmasına və əlaqələrin genişlənməsinə səbəb olacaq", - regional direktor deyib.
Onun sözlərinə görə, IFC və Dünya Bankı hazırda Azərbaycan hökuməti ilə birgə yol xəritəsinin reallaşdırılması, dənizdə külək enerjisinin inkişafı təşəbbüsü və ölkəyə tərtibatçı və investorların cəlb edilməsi üzərində çalışır.
"Ümumilikdə yol xəritəsinin reallaşdırılması Azərbaycanın bərpa olunan enerji üzrə regional mərkəzə çevrilməsinə imkan yarada bilər. IFC Azərbaycanla bu sahədə əməkdaşlıq üçün yaxşı imkanlara malikdir və ona yeni səviyyəyə çıxmaqda, o cümlədə özəl investisiyaların cəlb olunmasında köməklik göstərir", - Karadşeh aydınlıq gətirib.
Azərbaycana bu yaxınlarda baş tutmuş səfərini xatırlayan regional direktor keçirilən görüşlərin son dərəcədə məhsuldar olduğunu və görüşlərin yekunları üzrə mühüm nəticələr əldə olunduğunu və yeni imkanların aşkarlandığını qeyd edib.
"Mən bu yaxınlarda IFC-nin Avropa regionu üzrə direktoru olaraq hökumət, özəl sektorun nümayəndələri və inkişaf üzrə tərəfdaşlarla özəl sektordakı imkanlar və BMK-nın Azərbaycana dəstəyini müzakirə etmək məqsədilə Bakıya ilk dəfə səfər etdim", - o deyib.
Karadşeh Azərbaycanın son 30 ildə gəlirin orta səviyyədən yüksək olduğu ölkəyə çevrildiyini və artıq Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə ən kasıb ölkələtə yardım etdiyini vurğulayıb.
"Azərbaycanın iqtisadi artımı neft-qaz sektoru ilə şərtlənib. Bu sektor 2021-ci ildə ölkənin ixrac gəlirlərinin təqribən 90 faizini təşkil edib. Lakin bütün dünyada neft-qaz ehtiyatları tükənmək üzrədir ki, bu da xüsusən geosiyasətdə və regionun enerji sistemlərindəki ciddi dəyişikliklərlə əlaqədar qiymətlərdə dəyişikliyə səbəb olur. Bundan başqa, ölkənin neft-qaz resurslarının səviyyəsindən asılı olmayaraq, ümumi dayanıqlılıq üçün enerji mənbələrinin diversifikasiyası vacibdir. Dekarbonizasiya həlledici rol oynayır. Bu prosesi sürətləndirmək lazımdır. Neft təkanverici qüvvə olaraq qalsa da, qeyri-neft iqtisadiyyatının optimallaşdırılması ölkə gündəmində mühüm yer tutur. 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri rəqabət qabiliyyətinin və özəl sektorun imkanlarından istifadə etməklə dayanıqlı iqtisadiyyatın dəstəklənməsinə yönəlib", - regional direktor əlavə edib.
2023-cü il üzrə əməkdaşlıq prioritetləri
Karadşeh IFC-nin Azərbaycanla bir neçə sahədə, xüsusən infrastrukturun inkişafında özəl sektorun iştirakına dəstək sahəsində əməkdaşlıq potensialı gördüyünü qeyd edib.
"IFC investisiyalar və konsultasiyalar vasitəsilə "yaşıl artım"a, nəqliyyat dəhlizlərinin və kommunikasiyaların inkişafına, xidmətlərinin əlçatanlıq səviyyəsini artırmağa və kənd təsərrüfatının inkişafına imkan yaratmağa çalışır. Özəl sektorun rolunu artırmaq üçün IFC və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə şirkətlərin qeyri-neft iqtisadiyyatına investisiya qoymasını asanlaşdırmaq üçün Azərbaycan hökuməti ilə birgə çalışır", - regional direktor deyib.
O hələ bu yaxında IFC-nin tövsiyəsi ilə Azərbaycanda üç qanunun qəbul edildiyini xatırladıb.
"Turizm haqqında qanun yeni metodların, o cümlədən bazaar metodlarının və rəqabət qabiliyyətinə əsaslanmış tənzimləmə və keyfiyyətin təminatı metodlarının tətbiqinə yönəlib ki, bunların da özəl sektora vaxta və xərclərə qənaət etməsinə imkan yaradacağı gözlənilir. Qida məhsullarının təhlükəsizliyi haqqında qanun isə öz növbəsində bütünlükdə qida zəncirinə nəzarətlə bağlı yeni konsepsiyalar tətbiq etmək və qida məhsullarının təhlükəsizliyini milli idarəetmə sistemini müasirləşdirmək məqsədi daşıyır. İnvestisiya fəaliyyəti haqqında qanun investisiyaların qorunmasına təminat verilməsinə yönəlib və böyük həcmdə investisiyaların cəlbinə imkan yaradacağı gözlənilir. Bütün bu dəyişikliklər IFC-nin Azərbaycanla çoxillik fəaliyyətinə əsaslanıb. Otuz il ərzində ölkədə hüquqi, institusional və texniki islahatların keçirilməsini dəstəkləyən IFC fundamental investisiya islahatlarına, o cümlədən qeydiyyat sistemi, təftişlər, lisenziyalaşdırma və icazələrin verilməsi ilə bağlı islahatlara öz töhfəsini verib", - regional direktor aydınlıq gətirib.
Sözlərinə davam edən Karadşehin bildirdiyinə görə, fintex maliyyə xidmətlərinə çıxışı genişləndirməyə şərait yarada biləcək inkişaf etməkdə olan sahədir ki, bu da inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.
"Bütünlükdə dünyada inkişaf etməkdə olan bazarlarda 1,6 milyard insanın və 200 milyon kiçik müəssisənin formal maliyyə xidmətlərinə çıxışı yoxdur. Bunu dəyişməyin əsas üsullarından biri maliyyə texnologiyalarının optimallaşdırılmasıdır. BMK bu səbəbdən şirkətlərin daha sürətli, qənaətli və səmərəli maliyyə xidmətləri göstərməsinə kömək etmək məqsədilə Azərbaycan Fintex Assosiasiyası ilə tərəfdaşlıq sazişi imzalayıb. Bu BMK üçün tanış sahədir. Biz uzun illər ərzində SECO ilə birgə maliyyə infrastrukturunu möhkəmləndirmək və kiçik sahibkarlığın kreditlərə çıxış imkanını genişləndirmək məqsədilə hökumətlə tənzimləyici islahatlar üzərində çalışmışıq.


"IFC Azərbaycanı il özəl kredit bürosu və kiçik müəssisələrin mal-material ehtiyatları, avadanlıq və s. kimi daşınan aktivlərinin girov qismində istifadəsinə imkan verən daşınan əmlak girovunun reyestrsi ilə əlaqədar konsuıtasiya ilə təmin edib. Bu, əlavə debitorlar qrupunun açılmasına imkan yaradıb", - o deyib.
Karadşehin sözlərinə görə, bu yaxında IFC bundan çıxış edərək, ABF məhsullarının prudensial tənzimlənməsi üçün hüquqi bazanın təkmilləşdirilməsi, habelə milli ABF platrofmasının yaradılması, o cümlədən maliyyə və qeyri-bank maliyyə institutları üçün ABF məhsullar proqramının hazırlanması məqsədilə özünün "Aktiv əsaslı maliyyələşdirmə" (ABF) layihəsini başladıb.
Maliyyə sektoruna dəstək
IFC-nin regional direktorunun sözlərinə görə, Azərbaycanda banklar və maliyyə institutları kiçik sahibkarlığın əsas maliyyə mənbəyi olmaqla məşğulluğun 45 faizini, əlavə dəyərin isə 15 faizini təşkil edir.
"Məhz bu səbəbdən IFC maliyyə sektoruna böyük diqqət ayırır. Biz bir tərəfdən maliyyə institutları və müvafiq agentliklətlə birgə onların müştərilərinin ehtiyacı olan xidmətlərin göstərilməsi imkanlarının genişləndirilməsi istiqamətində çalışırıq. Digər tərəfdən isə biz bankların kiçik biznesə, xüsusən aztəminatlı, məsələn, qadın və ya kənd yerlərindəki sahibkarlara kredit ayıra bilməsi üçün maliyyələşdirməni təmin edirik. Hələ ötən ay biz Bank Respublika ilə bank tərəfindən mikro, kiçik və orta biznes (MKOB) müəssisələrini kreditləşməsini artırmaq məqsədilə 40 milyon ABŞ dollarınadək məbləğdə maliyyələşdirmə paketi imzalamışıq. Məbləğin təqribən 50 faizi qadınlara məxsus MKOB müəssisələrinin maliyyələşdirilməsinə yönələcək. Bu layihə BMK-nın Qadın sahibkarların maliyyələşdirilməsi üzrə Təşəbbüsü və Qadın Sahibkarlar üçün İmkanlar Fondu (WEOF) tərəfindən dəstəklənir", - o deyib.
Kənd təsərrüfatının inkişafı üzrə planlar
"IFC SECO ilə birgə reallaşdırdıqmada olduğu Kənd Təsərrüfatının Maliyyələşdirilməsi Layihəsi çərçivəsində yerli maliyyə institutlarına istehsal-istehlak zəncirini maliyyələşdirmə məhsullarının buraxılmasında dəstək göstərib, həmçinin çiyələk və fındıq yetişdirilməsi üzrə ayrı-ayrı istehsal-istehlak zəncirlərinin ixrac bazarlarında öz rəqabət qabiliyyətini artırmasına kömək edib. Dəyər yaradılması zəncirinin maliyyələşdirilməsi fermerlərin daşınmaz əmlak girovu olmadan maliyyələşdirməyə çıxış əldə etmələrinə və Fars körfəzi və ya Avropa bazarlarına ixrac etdiyi məhsullarından əmin olmalarına imkan yaradan mühüm bir addım oldu", - Karadşeh qeyd edib.
Onun sözlərinə görə, IFC Azərbaycanda kənd təsərrüfatının inkişafı və kiçik fermerlərin qlobal istehsal-istehlak zəncirlərinə qoşulması üçün innovativ maliyyələşdirmə vasitələrini tətbiq etmək məqsədilə Azərbaycan hökuməti ilə əməkdaşlıq edir.
"Bu vasitələrə fermerlərə müəyyən həcmdə məhsul istehsalına zəmanətlə yığımqabağı maliyyələşdirmə əldə etmələrinə imkan verən aqrar qəbzlər və qısamüddətli kreditlər və ya zəmanət formasında maliyyələşdirmə üçün istifadə oluna biləcək anbar qəbzləri daxildir. Hökumət, fermerlər, maliyyə institutları və bazarın digər iştirakçıları bu təşəbbüsün üstünlüklərini görürlər və bu vasitələrin istifadəsinə imkan verəcək qanun layihələri konsultasiya mərhələsindədir", - o deyib.
Ələt Azad İqtisadi Zonası üzrə əməkdaşlıq
Karadşehin sözlərinə görə, Azərbaycan inkişafın təşviqi üçün rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyata yönəldiyindən, Ələt Azad İqtisadi Zonası (AFEZ) əlavə dəyərin və istehsal fəaliyyətinin cəlbi və artırılması üçün nəzərdə tutulmuş və ixraca yönəlmiş unikal sənaye zonası olacaq.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və nəqliyyat dəhlizlərinin yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası iqtisadi diversifikasiyaya təkan verən və dayanıqlı iqtisadi inkişafı təmin edən regional sənaye mərkəzi ola bilər. BMK-nı buna dəstək olaraq AFEZ-də fəaliyyətin tənzimlənməsində maraqlı olan şirkətlər üçün erkən mərhələdəki layihələrin tərtibatı üzrə konsultasiya dəstəyinin və əməkdaşlığın əsasını yaratmaq məqsədilə AFEZ administrasiyası ilə Anlaşma Memorandumu imzalayıb. BMK Avstriyanın Federal Maliyyə Nazirliyi və AFEZ İdarəetməsi ilə birgə AFEZ icarədarlarını konsultasiya və dəstəklə təmin edəcək. Məqsəd şirkətlərə ölkənin sıfır tullantılar səviyyəsinə keçidini və iqlim dəyişiklillərinə qarşı dayanıqlı inkişaf yollarını dəstəkləməyə yönəlmiş investisiya layihələrini müəyyənləşdirərək və hazırlamaqda köməklik göstərməkdən ibarətdir", - o deyib.
Orta Dəhlizin inkişafına dəstək
IFC-nin regional direktorunun dediyinə görə, qlobal təchizat zəncirləri hələ ki COVID-19 pandemiyasının səbəb olduğu xətalara adaptasiya prosesində olduğu bir vaxtda Ukraynadakı müharibə vəziyyəti daha çətinləşdirib.
"Alternativ marşrut olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan və ya Orta Dəhlizdən istifadə etmək olardı - bu, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyə arasında tərəfaşlıqdır. BMK Azərbaycanda nəqliyyat dəhzlinin genişlənməsi hesabına Orta Dəhlizin inkişafını dəstəkləmək üçün imkanlar axtarmaqdadır", - Karadşeh qeyd edib.
IFC-nin Azərbaycandakı investisiyaları
Regional direktorun sözlərinə görə, son otuz il ərzində IFC Azərbaycanda 500 milyon dollardan çox investisiya, həmçinin müxtəlif sektorlarda, o cümlədən maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrindəki layihələrin maliyyələşdirilməsi hesabına təqribən 100 milyon dollar dəyərində investisiya qoyub.
"BMK özünün Ticari Maliyyələşdirmə Proqramı çərçivəsində təqribən 100 milyon ABŞ dolları dəyərində investisiya qoymaqla Azərbaycanda ticarətin inkişafını dəstəkləyib. Biz 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üçün 250 milyon ABŞ dolları ayırmışıq və özəl sektorun inkişafının təşviqi üçün demək olar ki, onlarla konsultasiya layihələri həyata keçirmişik. BMK Azərbaycanla tərəfdaşlığına sadiqdir və ölkənin dinamik inkişafının bir hissəsi olduğumuzdan məmnunuq", - regional direktor sonda deyib.
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI