22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Mediaya sızan məlumat AB-ni böldü: Zelenski...
VETENİM-AZERBAYCANDIR.AZ
Avropa Birliyi (AB) rəsmiləri Ukrayna Prezidenti Vladimir Zelenskinin Brüsselə mümkün səfəri ilə bağlı məlumatın mediaya sızması ilə əlaqədar qarşılıqlı ittihamlar səsləndirirlər.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə İngiltərənin "The Guardian" qəzeti yazır.
Məlumatda bildirilir ki, sızma Ukrayna liderinin təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
Bu barədə İtaliya KİV-i Zelenskinin Brüsselə planlaşdırılan səfərindən təxminən 48 saat əvvəl məlumat yayıb. Daha sonra bu haqda Avropa Xalq Partiyasının (APP) nümayəndələri Tvitterdə paylaşım ediblər.
Tezliklə silinən paylaşımda deyilib: "Sizi Brüsseldə salamlamağı səbirsizliklə gözləyirik, cənab Prezident".
Zelenskinin iştirak edəcəyi AB sammitini təşkil edən Avropa Şurasının prezidenti Şarl Mişel məlumat sızmasına görə Avropa Parlamentini günahlandırıb.
Avropa Parlamentinin üzvləri də bu səfəri işıqlandıran AP prezidenti Roberta Metzolanı ittiham ediblər.
Məqalədə vurğulanır ki, Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya dəstək məsələsində bir-birləri ilə yarışa giriblər. Xüsusən də Ukraynanın AB-yə daxil olmasının perspektivləri barədə həvəslə danışırlar.
"Bu qalmaqal AB institutlarının Ukrayna ilə həmrəylik nümayiş etdirmək və Zelenskiyə dəstək göstərmək üçün necə rəqabət və mübarizə apardığını göstərir", - ingilis nəşri yazır.
VETENİM-AZERBAYCANDIR.AZ