Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən bildirir ki, buna səbəb isə İran tərəfinin tələbi olub.
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.
Səfirlik əməkdaşlarını, yaralıları və şəhidimizin nəşini gətirən təyyarə yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.
VETENİM-AZERBAYCANDIR.AZ axar.az-a istinadən bildirir ki, bu haqda "Mouze" Teleqram kanalı məlumat yayıb.
Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Bu barədə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.