Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ceyhun Bayramov Lavrovla bu məsələləri müzakirə etdi - Yenilənib

Ceyhun Bayramov Lavrovla bu məsələləri müzakirə etdi - Yenilənib
17-01-2023, 21:56 159 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
VETENİM-AZERBAYCANDIR.AZ Rusiya mediasına istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli və regional məsələlər üzrə də fikir mübadiləsi aparılıb.
Tərəflər eyni zamanda, Laçın yolundakı vəziyyəti də müzakirə edib.
Həmçinin, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas tərəfləri də danışılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Qafqazinfo”yaverilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb. bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb.
Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI