19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Zaxarova İrəvan və Bakı arasında münasibətlərdən danışdı
VETENİM-AZERBAYCANDIR.AZ
Rusiya vasitəçilik missiyasında Azərbaycan və Ermənistanla müttəfiqlik münasibətlərini nəzərə alır.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik mətbuat konfransında deyib.
"Moskva ən yüksək səviyyədə İrəvan və Bakı arasında münasibətlərin normallaşması üçün təməl olan üçtərəfli sazişlərin bütün spektrinə arxalanır", - deyə o qeyd edib.
Eyni zamanda Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentini tənqid etməsinə cavab verib.
"Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin tənqidi qəbuledilməzdir", - deyə Zaxarova qeyd edib.
Qeyd edək ki, Paşinyan hökumətin son iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini kəskin tənqid edib, hətta onları təhdid etməkdən belə çəkinməyib.
Ermənistanın baş naziri Rusiya sülhməramlılarının "qeyri-qənaətbəxş fəaliyyətinə" toxunaraq, problemin həllinə digər beynəlxalq strukturların cəlb edilməsini, məsələn, BMT sülhməramlılarının Qarabağa dəvət olunmasını təklif edib.
VETENİM-AZERBAYCANDIR.AZ