22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Xalqımız gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına nail olacaq.
VETENİM-AZERBAYCANDIR.AZ
2022-ci il noyabrın 16-da Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Bu Sərəncam Böyük Qayıdışı təmin etməklə yanaşı, işğaldan azad edilən ərazilərin dirçəldilməsi, bu ərazilərə yenidən həyatın qayıtması baxımından mühüm əhəmiyyətə malikdir. Otuz il ərzində doğma yurdundan didərgin düşən bir milyondan artıq soydaşımızın yenidən ev-eşiyinə qayıtması, dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biridir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramı Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı naminə apardığı sistemli işlərin məntiqi davamıdır. 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə kimi Azərbaycanın qarşısına qoyduğu əsas prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmaqla Qarabağ və Şərqi Zəngəzuru yenidən cənnətməkana çevirməkdir. Artıq iki ildən çoxdur ki, cənab Prezidentin tapşırıq və göstərişlərinə uygun olaraq işğaldan azad edilən ərazilərimizdə möhtəşəm layihələr reallaşdırır. Yeni yolların, körpülərin, tunellərin, sosial-iqtisadi obyektlərin, yaşayış yerləri və müxtəlif digər infrastrukturların inşası sürətlə davam etdirilir, böyük bərpa və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdir.
Görülən işlərlə yanaşı azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması qeydə alınan plan daxilindədir. Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı müəyyən olunmuş digər mühüm vəzifələrdən biri məhz doğma ərazilərimizdəki yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi,dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması,yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi, bir sözlə vətəndaşlarımızın sağlam və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdən ibarətdir.
Qeyd etmək lazımdır ki, Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə və bütövlükdə, regionun ekoloji durumuna güclü təsir göstərmişdir.İşğalçılar 30 il ərzində daşı daş üstə qoymamaqla bərabər təbiətə qənim kəsilmiş, ekoloji mühitə, fauna və floraya ciddi ziyan vurulmuşdur. İşğaldan azad olunmuş ərazilərdə yerləşən rayonlarının iqtisadi ixtisaslaşdırılmasının aparılması gələcəkdə bu ərazidə iqtisadiyyatın bərpası və inkişafı istiqamətlərini müəyyən edir.
Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu – işğal altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq.
YAP Quba rayon təşkilatının sədri
Fidan Hüseynova.
VETENİM-AZERBAYCANDIR.AZ