17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
"Dinc aksiyalar sülhsevərlik siyasətinin başlıca prioritetidir"
VETENİM-AZERBAYCANDIR.AZ
Qarabağda yaşanan son hadisələr ermənilərin 30 il əvvəlki özbaşınalığı, genefondumuza əks-təsir kimi də başa düşülür. Bu, əlbəttə, Azərbaycan cəmiyyətinin işğalla barışmamaq əzmini qırmağa cəhd də ola bilər. Bütün hallarda xalqımız erməni düşüncəsini islah etmək üçün həmrəydir. Necə ki, bir neçə gün bundan əvvəl Şuşa-Xankəndi yolunda keçirilən aksiya bu birliyin bariz ifadəsi kimi diqqət çəkdi. Ən önəmlisi, vətəndaş cəmiyyəti institutlarının başlıca qüvvələrindən olan Qeyri Hökumət Təşkilatlarının bu istiqamətdə rolu diqqətdən yayınmamalıdır.
Şuşa-Xankəndi yolundakı toplaşma jurnalistlərin və QHT əməkdaşlarının başlatdıqları dinc etiraz aksiyasıdır. Bu aksiyada səslənən şüarlar, səmaya göyərçinlərin buraxılması bir daha xalqımızın sülhsevərliyini təsdiq edir.
Azərbaycan Qeyri Hökumət Təşkilatlarının başlatdıqları “Eko terrora son” və təbii sərvətlərin talanmasına qarşı keçirilən aksiya qısa zamanda dünya mediasının diqqətini çəkdi, bir sıra ölkələrin qəzet və televiziyalarında bu barədə xüsusi reportajlar yayımlandı. Dünya bir daha şahidlik etdi ki, erməni siyasəti sülh tanımır. Bu, QHT-lərin dinc etiraz aksiyasının əhəmiyyəti, aksiya zamanı diqqət çəkən təşəbbüskarlığın təntənəsidir.
Digər məqam odur ki, havanın son dərəcə soyuq, siyasi vəziyyətin görünən səviyyədə kritik olması QHT və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda toplaşma gücünü sarsıda bilmədi. Oradakı insanların sülh niyyətləri, hətta həkimlərimizin rusiyalı sülhməramlılara tibbi yardım təklifi Azərbaycan xalqının nə qədər humanist və dövlətsevər olduğunu isbatladı.
Əminik ki, torpaqlarımızın daha əlverişli şəkildə qorunması baxımından keçirdiyimiz dinc aksiyamız bütün vətəndaş cəmiyyətlərinin diqqətini çəkib. Bizim bundan sonra da istənilən əks addımlara qarşı keçirəcəyimiz dinc aksiyalar məhz bu prosesi özündə ehtiva edəcək.
Doğrudan da, QHT və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda keçiridiyi dinc aksiya Azərbaycan dövlətinin sülhsevərlik siyasətinin başlıca prioritetidir, biz hər an bu siyasətə öz əməli işimizlə dəstək verəcəyik.
QHT-lər dövlət siyasətinin təbliğatçısıdır
Hamımıza məlumdur ki, bir neçə gün əvvəl Şuşa-Xankəndi yolunda dinc aksiya keçirildi, bu toplaşma işində xalqımızın sülhsevər münasibəti bir daha özünü büruzə verdi. Aksiya zamanı erməni mətbuatında Xankəndi-Laçın yolunun Azərbaycanın Qeyri Hökumət Təşkilatları və Azərbaycan mediası tərəfindən bağlanması barədə ardıcıl materiallar dərc edildi. Əslində isə, dünya mediası adıçəkliən yolun rus sülhməramlıları tərəfindən bağlanması faktının şahidi oldu (çünki erməni yalanı tez-tez ayaq tutub, amma yeriyə biməyib...)
Bu həqiqətin üzə çıxmasında təbii ki, QHT-lərimizin xüsusi rolu var və bu təşkilatın dövlətimizin apardığı sağlam siyasətə verdiyi dəstək alqışalayiqdir.
Əsrlərdir, bütün siyasi çəkişmələrdə, sülh quruculuğunda Azərbaycanın vətəndaş cəmiyyəti öz mövqeyini humanist, sülhsevər olması ilə göstərir. Xoş haldır ki, QHT-lərimiz də bu istiqamətdə layiqli işlər görür, Azərbaycanın sülh mövqeyini bir daha dünyaya bəlli edirlər. QHT-lərimizin beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın “Mina terror”una cəlb etməsi də bu missiyanın bir davamıdır.
"Böyük Qayıdış” prosesində də Azərbaycan QHT-lərinin rolu və fəaliyyəti çoxdur. Əvvəlcə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, işğaldan azad olunduqdan sonra isə firavan həyatın canlandığı Zəngilan rayonunun Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı prosesində QHT-lərin üzərinə böyük yük düşdü, onlar bu istiqamətdə əməli addımlar atdılar.
Cəmiyyətin dövlət işindəki səmərəli iştirakı QHT-lərin bacarığıdır. Dövlət-cəmiyyət münasibətlərinin formalaşması, onların əməkdaşlığının möhkəmlənməsi QHT-lərin iş planının tərkib hissəsidir.
Hətta Azərbaycan cəmiyyətinin ümummilli məsələlərdə də dövlətin, Prezident İlham Əliyevin yanında olması faktı QHT-lərimizin yalnız bir amal uğrunda mübarizəsini göztərir. QHT-lərin bu istiqamətdəki təşəbbüskarlığı və aktivliyi digər təşkilatlarda da bi həvəs yaradır.
Əlbəttə, Azərbaycanın bütün istiqamətlərdə haqlı mövqe nümayiş etdirməsini beynəlxalq təşkilatlara həm də QHT-lər çatdırır. Onların dövlətsevər proqramları ölkəmizin hər sahədə haqlı olduğunu, Ermənistanın təcavüzkar siyasət yürütdüyünü, misilsiz müharibə cinayətləri törətdiyini və buna hazırda da göz yumulduğunu geniş təqdir edir. QHT fəaliyyətlərinin bu istiqamətdə daha da artması ölkəmizdə vətəndaş cəmiyyətinin sağlam ruhda olmasını sübut edir.
Qeyri Hökumət Təşkilatlarının ölkəmizin ümummilli məsələlərində aktiv fəallıq göstərməsi, bu mühüm prosesi mediada işıqlandırması, milli maraqların qorunması istiqamətində gördüyü işlər də təqdir olunası haldır.
Gülşən Beh
VETENİM-AZERBAYCANDIR.AZ