16:04 - Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır: İkitərəfli əlaqələr artan templə inkişaf edir - ŞƏRH
15:52 - Əliyevin Macarıstan səfəri: Əlaqələrin inkişafı Budapeşti Bakının yanında durmağa sövq edir - ŞƏRH
11:00 - Əməliyyat zamanı Vasifin bədənindən 6 qəlpə çıxarılıbmış
00:38 - Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb
23:07 - Təxliyə təyyarəsi Bakıya çatdı - Fotolar+Video
22:42 - “İrana daha öncə də demişdik ki, təhdidlər var, təhlükəsizliyi artırın”
20:21 - Şəhid Orxan Əsgərovun cənazəsi ölkəyə gətirilir - YENİLƏNİB
12:51 - Sülhməramlıların üç avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradıldı
01:39 - Azərbaycan beynəlxalq aləmdə çox böyük uğurlara imza atır.
01:25 - Ermənistanı özünə qardaş seçən İran İslam dininə də hörmətsizlik edir
12:18 - Azərbaycan və Misir Prezidentləri təkbətək görüşdülər
22:14 - “İKİNCİ HOLOKOST-da ERMƏNİ İZİ”
21:57 - Azərbaycan Ermənistan hərbçisinin meyitinin qalıqlarını təhvil verdi
20:42 - Əfqanıstan səfirliyi Tehran terrorunu pislədi
20:22 - Əfqanıstan səfirliyi Tehrandakı terror aktını pislədi
Böyük Qayıdışa 19,2 milyard manat ayrılacaq
VETENİM-AZERBAYCANDIR.AZ
“İlkin hesablamalara görə, inkişaf strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 milyard manat vəsait tələb olunur. Bunun da 19,2 milyard manat və ya 58,7 faizi işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin edilməsinə yönəldiləcək”.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Azərbaycanın Baş Naziri Əli Əsədov bildirib.
“2023-cü ilin dövlət büdcəsinə gəldikdə isə, inkişaf strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyləşdirilməsi üçün 5,2 milyard manat vəsait nəzərdə tutulub. Bu vəsaitin də 3 milyard manatı işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına xərclənəcək. 2022-ci ilə müqayisədə bu rəqəm 12,4 faiz çoxdur”,- deyə Baş nazir qeyd edib.
Əli Əsədov əlavə edib ki, 2023-cü ilin dövlət büdcəsi hazırkı dövrün reallıqlarını, problem və çətinliklərini, eyni zamanda ən aktual çağırışları əks etdirir. O qeyd edib ki, dövlət büdcəsi tərtib olunan zamanı ölkənin makroiqtisadı, maliyyə sabitliyi, eləcə də strateji valyuta ehtiyatlarının qorunması kimi məsələlər diqqət mərkəzində saxlanılır: “Beynəlxalq vəziyyətin mürəkkəbləşməsi, qlobal iqtisadi perspektivlər üzrə mövcud olan qeyri-müəyyənliklər, enerji resurslarının qiymətlərinin volatilliyi, maliyyə böhranlarının başvermə tezliyinin artması ölkəmizdə makroiqtisadi sabitliyə və büdcə tarazlığına mənfi təsir edən amillər kimi çıxış edir”.
Eldar Tanrıverdi
VETENİM-AZERBAYCANDIR.AZ