Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səfir: "DÇ-da Azərbaycanın Mərakeşə dəstəyi ölkələrimiz arasındakı dostluğun gözəl nümunələrindəndir" - FOTO

Səfir: "DÇ-da Azərbaycanın Mərakeşə dəstəyi ölkələrimiz arasındakı dostluğun gözəl nümunələrindəndir" - FOTO
8-12-2022, 22:51 134 dəfə baxılıb

Mərakeşin ölkəmizdəki səfirliyi "Mərakeş Azərbaycan gənc rəssamlarının gözü ilə" adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimini təşkil edib.
 VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, tədbir Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində baş tutub.
Açılışda çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adil Embarş iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib.“Ölkələrimiz arasında bir çox bağlar var. Mərakeş və Azərbaycan xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə dair bir çox nümunələri göstərmək olar. Qətərdə keçirilən dünya çempionatında Azərbaycan xalqının bizə dəstəyini xüsusi ilə qeyd etmək istərdim. Bu, ölkələrimiz arasındakı dostluğun gözəl nümunələrindən biridir”, - deyə səfir vurğulayıb.
Xatırladaq ki, Mərakeş səfirliyi ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə yanaşı, digər iki mühüm hadisə - Şanlı Yaşıl Yürüşün 47-ci ildönümünü və Mərakeşin Müstəqillik Gününün 67-ci ildönümünü qeyd etmək məqsədilə bu ilin avqust ayında rəsm müsabiqəsinə start verib.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI