17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Brüssel formatı dəfn edilməyib: Bəs Türkiyə? - TƏHLİL
Azərbaycan-Ermənistan sülh gündəliyini mütləq barışıqla təmin edən tezislərlə zənginləşdirmək çətin prosesdir, nəzərə alanda ki, ortada azərbaycanlılara qarşı etnik ədavət, nifrət hələ də yoxa çıxmayıb, onda prosesin nə qədər ağrılı keçdiyi daha aydın canlanır.
Bununla belə, 10 Noyabr Bəyanatının imzalanmasından sonra əhəmiyyətli sayıla biləcək erməni siyasi elitası və cəmiyyətində müsbət impulsların sayı çoxalıb, səbəbi isə Azərbaycanın əldə etdiyi güc alətlərinin ağzının itiləşməsidir.
Hər halda, istər Moskva, istərsə də Qərbin bir qolu olan Avropa İttifaqının “hakimliyi” ilə aparılan danışıqlardan müəyyən nəticələr hasil olur və perspektiv üçün yol xəritələri hazırlanır.
Cənubi Qafqazdakı reallıqlar fonunda Avropa İttifaqının sülhpərvər missiya ilə moderatorluq etməsi Azərbaycan və Ermənistan üçün uyğun formatdır, çünki bu ittifaq regiona böyük geosiyasi ambisiyalar poliqonu kimi yox, geoiqtisadi sahə kimi yanaşır.
Avropa İttifaqı ABŞ ilə Rusiyanın Azərbaycan-Ermənistan gündəliyində dominantlıq əldə etmək uğrunda bir-birilə çarpışmasının nəticələrini neytrallaşdıran tarazlaşdırıcı bir gücdür, hərçənd ki, Fransa qurulan oyun qaydalarını kobud şəkildə pozmaqla Brüsselin vasitəçilik qabiliyyətini zəiflətdi.
Fransanın sülh danışıqları üçün ziyanlı açıqlamalarından sonra cuşa gələn Ermənistanın baş naziri Brüssel formatına yenidən Makronu ürcah etmək istəyib buna israr etdikdə Azərbaycan da Avropa İttifaqının səyi ilə keçiriləcək görüşdən imtina etdi.
Sual olunur: Bəs Brüssel formatı Azərbaycan üçün bundan sonra etibarlıdırmı?
Azərbaycan son günlər Rusiya ilə diplomatik və hərbi-siyasi təmasları gücləndirib, artıq sülh müqaviləsi üçün demovariantlar masadadır, ancaq Bakı Brüsseldən qopan bir xəttə start verməyib.
Avropa İttifaqının sülh gündəliyinə geosiyasi prizmadan baxmayan yeganə vasitəçi olması Bakının diqqətindən yayınmır, yəni Brüsselin dəridən-qabıqdan çıxması onu prosesdə müsbət töhfələrin müəllifinə çevirir.
Düzdür, Brüssel ABŞ, Rusiyaya münasibətdə daha səmimi vasitəçidir, hərçənd ki, onu Azərbaycana bağlayan tellər enerji bazarlarındakı böhran, Avropanın Bakı qazı hesabına alternativlər axtarışında olması faktorlarıdır.
Azərbaycanın da Avropa İttifaqında tərəfdaşları mövcuddur, yəni bu iki amil İttifaqla Bakı arasında qarşılıqlı maraqları stimullaşdırır.
İndi iki tərəfi bir-birindən uzaqlaşdıran postulatlar deyil, dostlaşdıran terminologiyalar lazımdır, ancaq Fransanın Avropa İttifaqının maraqlarını kənara tullayıb özünün dağıdıcı ambisiyaları ilə çıxış etməsi prosesi ləngidir.
Azərbaycan Ermənistanla münasibətlərin dinc qonşuluğa əsaslanan yekunun hazırlanması işində bütün praqmatik vasitəçilərlə işləməyə hazırdır.
Moskva da öz ehtiyaclarından dolayı mötədil vasitəçilik rolu ilə çıxış edir, indi top ABŞ-dədir.
Azərbaycan üçün ən etibarlı vasitəçi isə Türkiyədir, yəni Ankaranın vasitəçiliyi ilə Bakı-İrəvan arasında ali səviyyəli görüşlər keçirilməsi ən məqbuldur, lakin iki səbəbə görə qlobal düzəndə Ankaraya bitərəf kimi baxmırlar.
Birincisi, Türkiyə Azərbaycanın strateji müttəfiqidir, yəni Bakının strateji maraqlarını ön planda tutur.
İkincisi, Türkiyənin özünün Ermənistanla münasibətləri normallaşmayıb ki, bu da Ankaranın moderatorluqda tərəf kimi çıxış etməsi üçün əsasdır.
Ancaq buna o anlam qazandırmaq olmaz ki, Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli görüşü mümkün deyil, sadəcə, İrəvanın Bakı və Ankaranın maraqları çərçivəsində normal, konstruktiv mövqe sərgiləməsi kifayətdir ki, yeni formatda danışıqlar baş tutsun.
Aqşin Kərimov
VETENİM-AZERBAYCANDIR.AZ