Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezidenti İlham Əliyevin Albaniya səfəri iki ölkə arasında olan əlaqələrin daha da inkişaf etməsində əlverişli imkanlar yaratdı.

Prezidenti İlham Əliyevin Albaniya səfəri iki ölkə arasında olan əlaqələrin daha da inkişaf etməsində əlverişli imkanlar yaratdı.
24-11-2022, 12:37 220 dəfə baxılıb

 

Dünya ölkələri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman əhəmiyyətli rol oynayıb. Azırbaycanın Beynəlxalq arenada qazandığı uğurlar məhz Prezident İlham Əliyevin xarici siyasət xəttinin məntiqi nəticəsidir. Respublikamızın Cənubi Qafqazdakı mövqeyini, iqtisadi potensialını yüksək qiymətləndirən ölkələr Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. Bu baxımdan cari ilin 15 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri ölkə başcısının fəal xarici siyasətini şərtləndirən ən əsas amilllərdən olmaqla,həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının göstəricisidir. Cənab Prezidentin Albaniya səfəri həm də iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, gücləndirilməsinə çox əlverişli imkanlar yaratdı. Səfər çərçivəsində, Prezident İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər iki ölkə arasında yüksələn xətlə davam edən diplomatik münasibətlərə, reallaşdırılan birgə layihələrə töhfə oldu. Belə ki, Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin son illərdə sürətli inkişafı müşahidə edilir. İndiyədək Azərbaycan və Albaniya arasında 8 sənəd, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.Azərbaycanla Albaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. TAP qaz boru kəməri layihəsinin seçilməsi iki ölkə arasında enerji sahəsində əməkdaşlıqla yanaşı, iqtisadiyyatın digər sahələrində də işbirliyinin inkişafı üçün geniş imkanlar açır. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar, hazırda Cənub Qaz Dəhlizinin mühüm hissələri olan həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Albaniya da TAP layihəsinin üzvlərindən biridir və Cənub Qaz Dəhlizinin icrasında mühüm rol oynayır. Yəni, Azərbaycandan Avropaya ixrac olunacaq qaz Albaniya ərazisindən də keçəcək ki, bu da Albaniya ilə gələcəkdə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni fürsətlər yaradır. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib. Bu ilin aprel ayında Bakıda rəsmi qonaq olan Albaniyanın Baş naziri Edi Rama Albaniyanın Azərbaycana dəstəyini bir daha vurğuladı və bildirdi ki, Vətən müharibəsi başa çatdıqdan sonra da Albaniya Azərbaycanın sülh təşəbbüslərini hər zaman dəstəkləyir. Münasibətlərdə açılan yeni səhifənin daha da zənginləşdirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu xüsusi qeyd edildi. Əminliklə deyə bilərik ki,dövlət başçısının Albaniyaya ilk rəsmi səfəri ölkələrimiz arasında əlaqələrinin daha da inkişaf etdirilməsinə və gələcək əməkdaşlıqımızın genişlənməsinə böyük imkanlar yaratmış oldu. 

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI